Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Gündəm / “UniBank” yenə də vətəndaşın başına oyun açır… – Özbaşınalıq

“UniBank” yenə də vətəndaşın başına oyun açır… – Özbaşınalıq

Banklarla vətəndaşlar arasındakı problemlər artır.

Banklar müştərilərinə verdiyi krediti hər nə olursa-olsun geri almağı düşünür. Ancaq bu kreditləri geri almaq üçün qanun pozuntusuna yol vermək olarmı?

Şikayətçi Zaur Xudiyevin verdiyi məlumata görə, o, Camal adlı qohumuna 3-4 il öncə “Unibank”dan kredit götürərkən zamin durub. Kredit götürən şəxs götürdüyü həmin krediti vaxtlı-vaxtında ödəyib və bitirib. Bir neçə gün öncə isə “Unibank”dan Zaura sürpriz zəng gəlib və Xudiyevə bildirilib ki, zamin durduğunuz şəxs borcu ödəmir, ona görə də həmin kredit borcunu siz ödəməlisiniz.

“Mənim xəbərim olmadan Camal adlı qohumum yenidən “Unibank”dan kredit götürüb. Ancaq mən ikinci dəfə götürülən kreditə nəinki zamin durmuşam, bundan heç xəbərim də olmayıb. Devalvasiyalardan sonra qohumum Camal götürdüyü krediti ödəyə bilməyib. “Unibank” da mənim üstümə düşüb ki, krediti götürən şəxs ödəyə bilmir, siz zaminsiniz, krediti siz ödəməlisiniz. “Unibank”a bildirdim ki, zamin olduğum kredit ödənilib. Həmin şəxs sizdən ikinci dəfə kredit götürəndə məndən soruşmusunuz ki, ona yenidən zamin dururam ya yox? Bu zaman “Unibank”dan mənə bildirdilər ki, bizdə belədir, müqaviləni 5 illik bağlayırıq. Zamin durub durmamağımı soruşmaları bir yana qalsın, bəlkə ölmüşəm, maraqlanmazlar ki zamin sağam ya yox?

Bu azmış kimi, iş yerimə məktub yazıblar ki, mühasibatlıq maaşımdan tutub “Unibank”a ödəsin. Bunu biləndə “Unibank”a zəng elədim ki, sizin ixtiyarınız yoxdur buna. Bir tərəfdən xəbərim olmayan bir işə görə məhkəməyə verilmişəm, digər tərəfdən də iş yerimə məktub yazıblar, idarədə biabır olmuşam”, – deyə Zaur Xudiyev əməkdaşımızla söhbətində bildirib.

Baş verən halla bağlı iqtisadçı ekspert Əkrəm Həsənova müraciət etdik. Əkrəm Həsənov bildirdi ki, “Unibank”ın etdiyi hərəkət qanunsuzdur:

“Vətəndaş konkret götürülən borca görə zamindir. Zaminlik müqaviləsində hansı borca görə zamin olmaq göstərilməlidir. Əgər o borc göstərilmirsə, zaminlik ümumiyyətlə yox sayılır. Zamin imzaladığı öhdəlikdən başqa şəxs gedib yenidən kredit götürübsə, zamin ona məsuliyyət daşımır. Zaminlik müqaviləsində konkret göstərilir ki, vətəndaş nəyə zamin durur. Bank vəziyyətdən istifadə etməyə çalışır. Görür ki, borclu pulu qaytarmır, gəlib keçmiş zamini qorxudub pulu ondan almaq istəyir”.

Bankın müqaviləni 5 illik bağlayırıq kimi səsləndirdiyi fikirə isə münasibət bildirən Əkrəm Həsənov qeyd etdi ki, 5 illik müqavilə aydındır, ancaq sadəcə ilkin götürülən borca görə zamin durulur. Zaminlik müqaviləsində konkret məbləğ göstərilməlidir. Hesab edək ki, bank mənə 5 illik kredit verib, siz zamin durmusunuz. Mən 2 ilə həmin krediti ödəyib başqa kredit götürmüşəm. Bank deyə bilməz siz 5 illik zaminsiniz. Siz 5 illik o borca görə zaminsiniz, ikinci götürdüyüm kreditə görə yox”.

Məsələni aydınlaşdırmaq üçün “Unibank”la əlaqə saxladıq. Bankın çağırı mərkəzindən bildirdilər ki, biz ancaq vətəndaşların özlərinə cavab verə bilərik:

“Məsələyə gəlikdə isə zamin sənədlərə qol çəkmədən heç bir rəsmiləşdirmə mümkün deyil. Belə bir qayda yoxdur. Müştəri özü müracitə etsin araşdıraq”, – deyə bankdan bizə bildirdilər.

Mövzuya qayıdacağıq.
\Ölkə.Az\

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın