Ana səhifə / Gündəm / Un bahalaşır – ARAŞDIRMA

Un bahalaşır – ARAŞDIRMA

Mediada yayılan məlumatlara görə unun qiyməti bahalanıb. 50 kq-lıq un kisəsi 26 manat olub. Bizimyol.info bunun səbəblərini araşdırıb. 

2015-ci il hökumət səviyyəsində “Kənd Təsərrüfatı ili” elan olunsa da kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. Bunun da nəticəsində idxalda belə məhsulların payı ilbəil xeyli artıb. Artıq uzun illərdir ki, buğda ən çox idxal olunan məhsullar siyahısında yer alır. Gömrük statistikasına görə bu ilin 10 ayında ölkəyə 1 268 101.97 ton buğda gətirilib ki, bunun da statistik dəyəri 234 351.77 min dollar təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə bu, çoxdur. Ötən ilin yanvar-oktyabr aylarında 1 162 031.61 ton buğda idxal edilib. Bu qədər məhsulun statistik dəyəri 258 519.11 min dollar təşkil edib.

Tonu 222 dollara idxal olunan məhsul bu il 185 dollara gətirilib

Göründüyü kimi, ötən illə müqayisədə 106 min ton artıq məhsul idxal edilib. İdxal olunan məhsulun həcmi artsa da statistik dəyəri aşağı düşüb. Keçən ilin hesabat dövründə 1 162 031.61 ton məhsul 258 519.11 min dollara gətirilmişdisə, bu il 1 268 101.97 ton buğdanın gömrük dəyəri 234 351.77 min dollar olub. Yəni, 24 167 min dollar az. Keçən il buğdanın tonu 222.47 dollara idxal olunurdusa, bu il 184.80 dollara başa gəlib. Bu da önu göstərir ki, taxıl idxal etdiyimiz ölkələrdə bu məhsulun qiyməti bahalaşmaq yerinə əhəmiyyətli dərəcədə ucuzlaşır. Bu səbəbdən idxal olunan buğda və ondan hazırlanan unun bahalaşması üçün iqtisadi səbəb yoxdur.

Taxıl ən çox idxal olunan məhsulların sıyahısında əbədi yer alıb

Bundan əvvəlki illər üzrə də müqayisə aparaq. Qeyd edək ki, taxıl və un daim ən çox idxal olunan məhsulların sıyahısında yer alır. Belə ki. 2010-cu ildə ölkəyə 285 384,93 min dollar dəyərində taxıl, 2 209,16 min dollar dəyərində un gətirilib. 2011-ci ildə idxal olunan buğdanın dəyəri 282 015,01 min dollar, ununku isə birdən-birə xeyli artaraq 60 331,49 min dollar təşkil edib. 2012-ci ildə taxılın idxalda payı əhəmiyyətli şəkildə çoxalaraq 339 828.47 min dollara çatıb. Unun isə statistik dəyəri 6 107.98 min dollara düşüb. 2013-cü ildə ölkəyə 395 282.44 min dollarlıq buğda, 17 975.14 min dollar dəyərində də buğda unu gətirilib. 2014-cü ildə buğda idxalında bir qədər geriləmə var, məhsulların ümumi dəyəri 293 942.81 min  dollar təşkil edib. ƏHəmin il un ən çox idxal olunan məhsullar siyahısından çıxarılıb. Amma buğda bu siyahıda əbədi olaraq qalıcı görünür, çünki növbəti ildə yenə adıçəkilən məhsulun idxalının statistik dəyəri 296 831.04 min dollara qalxıb.

Un məhsullarının idxalı da yüksək olaraq qalır

Mal qrupları üzrə də dənli bitkilər, undan hazırlanan məhsulların idxal həcmində artım müşahidə edilib. Bu ilin 10 ayında idxal olunan dənli bitkilərin statistik dəyəri 273 461.99 min dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək onun  92.09 faizini təşkil edir. Belə ki, keçən ilin hesabat dövründə dəyər 296 942.75 min dollara bərabər idi. Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası da 10 ayda 13 719.00 min dollarlıq gətirilbsə, ötən ilin mqüvafiq dövründə məbləğ 14 245.78 min dollar olub. Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatlarının idxalı isə xeyli artıb. Belə məhsulların statistik dəyəri keçən il 44 177.07 min dollar təşkil edirdisə, bu il 59 285.82 min dollardır.

Əkin sahələri artmaq əvəzinə getdikcə azalır

Statistika Komitəsinin məlumatları da ürəkaçan deyil. Taxılın əkin sahəsi bütün təsərrüfat kateqoriyaları üzrə keçən il azalıb. Əvvəlki illərdə də gah cüzi irəliləmə müşahidə edilib, gah da geriləmə olub, amma xüsusi artım, yəni bu sahəyə xüsusi diqqət qeydə alınmayıb. Belə ki, 2010-cu ildə cəmi taxıl sahəsi 968 min ha olduğu halda 2011-ci ildə azalaraq 967,3 min ha təşkil edib. 2012-ci ildə 1031,4 min ha, 2013-cü ildə 1074,1 min ha, 2014-cü ildə 1001,4 min ha olub. Keçən il əkin sahələri xeyli azalaraq 952,1 min ha-ya çatıb. Payızlıq və yazlıq buğdanın əkin sahəsi 539,7 min ha (əvvəlki il 609,9 min ha) manat təşkil edib. Halbuki, 2009-cu ildə 807,9 min ha idi. Sonrakı illərdə azalma tendensiyası müşahidə edilib və ən az da keçən il olub. Payızlıq   və yazlıq arpa sahəsi keçən il 361 min ha idi. Çovdar sahəsi isə ilbəil azalaraq yoxa çıxıb.

Taxıl yığımı ötən əsrlə müqayisədə böyük fərq göstərmir

Gələk bu bitkilərin yığımına. Yığımda da uzun illər boyunca xüsusi bir artım qeydə alınmır. Tutaq ki, ötən əsrin 90-cı ilində taxıl yığımı 1413,6 min ton təşkil edirdisə, 26 il keçəndən sonra keçən il 2999,4 min ton olub. Ötən il payızlıq və yazlıq buğda yığımı 1687,7 min ton qeydə alınıb. Halbuki, 2012-ci ildə 1847,4 min ton, 2013-cü ildə 1893,4 min ton buğda toplanmışdı. Keçən il payızlıq və yazlıq arpa 1063,9 min ton, payızlıq dənlilər  2722,4 min ton qeydə alınıb. 2009-cu ildə də payızlıq dənlilərin yığımı 2763,8 min ton idi. 6 ildə yaxşılığa doğru dəyişiklik yoxdur. Əksinə, yığımda azalma var. Daxili istehsalın azalması təbii olaraq idxldan asılılığı artırır, odur ki, buğdanın və unun xaricdən alışı ilbəil çoxalır.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın