Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Gündəm / Ukraynadan Samir Adıgözəlliyə orden verildi – FOTOLAR

Ukraynadan Samir Adıgözəlliyə orden verildi – FOTOLAR

Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) bu gün Samir Adıgözəllini, “Tenqri Ulduzu” ordeni ilə təltif edib.

Azinforum.az xəbər verir ki, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədr müavini Sergey Hnatiyuk açıqlama verib.

Onun  sözlərinə görə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov İSBAM sədri, Azərbaycanın İctimai-siyasi xadimi Samir Adıgözəllinin “Türk Dünyası qarşısında xidmətlərinə görə “Tenqri Ulduzu” ordeni ilə təltif olunması barədə əmri imzalayıb.

Məlumata görə, “Tengri Ulduzu” ordeni artıq Samir Adıgözəlliyə təqdim edilib.

Xatırladaq ki, 2019-cu ildə “Tengri Ulduzu” ordeni ilə professor Fərhad Turanlı, 2020-ci ildə isə Türk Dünyasının agsaqqalı Nursultan Nazarbayev təltif edilib.

img
img

Həmçinin oxuyun

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir …