Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsinə mane olan səbəblər…

Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsinə mane olan səbəblər…

Elçin Mirzəbəyli: “Qardaş ölkənin proseslərdə hərbi mövcudluğu müzakirə oluna bilər”

Türkiyənin Qətərdə hərbi bazalarını yerləşdirməsi qardaş ölkənin Naxçıvanda da hərbi bazalarını yerləşdirməsinin vacibliyi gündəmə gəlib. Hər zaman rəsmi Ankaranın nə üçün Naxçıvana hərbi bazalarını yerləşdirməməsi yaxud bu addımı atmağa mane olan amil müzakirə edilir. Bununla bağlı bir sıra suallar meydana çıxıb.

Politoloq Elxan Şahinoğlu da qəzetimizin ötən sayına müsahibəsində bu məsələdən danışaraq, bir sıra vacib məsələləri önə çəkib. O bildirib ki, Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasındakı Mehri dəhlizinin nəzarətə götürülməsi üzərində ciddi düşünməli, müzakirələr açmalıyıq. Rusiya-Ermənistan hərbi ittifaqına toxunan politoloq Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasına böyük ehtiyacın olduğunu qeyd edib. O deyib: “Mən “Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır” deyərkən elə bu günü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə, gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını yerləşdirdi”.
Siyasi şərhçilər rəsmi Ankaranın bu addımı atmasına, Naxçıvanda hərbi bazalarını yerləşdirməsinə Rusiyanın mane olduğunu düşünürlər.

Siyasi ekspert Elçin Mirzəbəyli daim bu məsələnin gündəmdə olduğunu qeyd etdi: “Naxçıvanda Azərbaycanın hərbi kontingenti digər ərazilərdə olduğu kimi kifayət qədər güclüdür. Ölkəmizin ərazi bütövlüyünü, o cümlədən, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın sərhədlərini qorumaq gücündədir. Türkiyə ilə Azərbaycan müxtəlif sahələr üzrə əməkdaşlıq edirlər. Bunların arasında hərbi əməkdaşlıq da var. Burada da bəzi məsələlər var, məsələn, təhsil sahəsi, ortaq komanda təlimlərinin keçirilməsi və digər məsələlər. Türkiyə ilə Azərbaycan arasında qarışıqlı yardım haqqında saziş də imzalanıb. Türkiyənin Qətərdə hərbi bazalarını yerləşdirməsi hər iki ölkə arasında imzalamış sazişə əsasən həyata keçirilib. Bu tamamilə fərqli bir xarakter daşıyır. Azərbaycanla Naxçıvan arasında isə belə bir müqavilə yoxdur”.

Image result for Elçin Mirzəbəyli

E.Mirzəbəyli qardaş ölkənin NATO üzvü olmasının da bu məsələyə təsir etdiyini söylədi: “Türkiyənin NATO üzvü olması başqa dövlətlərlə bu istiqamətdə əlaqələr qurmasına müəyyən maneələr yaradır, özü də hüquqi maneələr. Çünki NATO-nun nizamnaməsinə əsasən, quruma üzv dövlətlər ikitərəfli hərbi əməkdaşlıqlarını razılaşdırmalıdırlar. Bu təkcə hərbi alyans deyil, eyni zamanda siyasi alyansdır və ortaq strategiyası var. Bu baxımdan Türkiyənin Qətərlə bağlı atdığı addımlar müəyyən qüvvələrdə narazılıq doğursa da, nəticə etibarı ilə NATO ilə Türkiyə arasında ciddi problem yaratmadı. Digər tərəfdən Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olub. Hər hansı bir hərbi blokda təmsil olunmaq niyyətində olmadığını bəyan edib. Azərbaycan ərazisində hərbi bazaların yerləşdirməməsi ilə bağlı hərbi doktrinasında müvafiq müddəa yer alıb. Bu baxımdan məsələyə ikili aspektdən yanaşmaq lazımdır, həm Türkiyənin, həm də Azərbaycanın maraqları baxımından. Şübhəsiz ki, regionda hər hansı bir təhlükə yaranacaqsa, Azərbaycana təhdid olacaqsa, o zaman Türkiyənin proseslərdə hərbi mövcudluğu müzakirə oluna bilər. Amma indiki şəraitdə görünür buna zəmin və ehtiyac yaranmayıb. Bütün hallarda subyektiv fikirlərimi öyrənmək istəsəniz, bu artıq şərh deyil dəyərləndirmədir. Mən Türkiyə ilə Azərbaycan genişmiqyaslı hərbi əməkdaşlığın tərəfdarıyam. Hesab edirəm ki, Avroatlantik Alyansın prinsiplərinə zidd deyil. Çünki burada söhbət həm də azadlığın qorunmasından gedir ki, NATO-nun siyasi prinsiplərində bu məqamlar yer alıb. Azərbaycanın həyata keçirdiyi siyasət ölkə ərazisindən keçən enerji dəhlizləri bilavasitə NATO üzvü olan ölkələrin də enerji təhlükəsizliyinin qorunmasına xidmət edir. Bu aspektdən NATO prinsiplərinə bu məsələ reallaşarsa, zidd deyil”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın