Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Türkiyədə təhlükəli virus yayılıb – Azərbaycana keçə bilərmi? – VİDEO

Türkiyədə təhlükəli virus yayılıb – Azərbaycana keçə bilərmi? – VİDEO

Koksaki adlanan virus Türkiyənin bəzi ərazilərində uşaqlar arasında kütləvi şəkildə yayılıb.

ARB TV xəbər verir ki, bu virus hava damcı yolu ilə yayılır. Ehtimal olunur ki, xəstəlik Türkiyəyə səfər edən azərbaycanlılar vasitəsilə ölkəmizə gətirilə bilər.

Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov deyir ki, indiyədək bu xəstəliklə bağlı turizm şirkətlərinə müraciət olunmayıb. Eyni zamanda bilet qaytarma kimi hallar da baş verməyib.

Sağlamlıq və termal turizminə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin sözlərinə görə, epidemiya, terror, virusla bağlı vəziyyətlərdə müvafiq qurumlar məktublar yollayır. Lakin indiyədək bu məsələlərlə bağlı həmin qurumlardan rəsmi məktub gəlmir.

Virusun təhlükəli cəhəti ondan ibarətdir ki, həm də qida yolu ilə də yayılır. Bu isə mədə-bağırsaq və beyin damarlarının zədələnməsi ilə nəticələnir. Xəstəlik qızdırma, səpki və s kimi əlamətlərlə özünü büruzə verir. Uşaqların bu xəstəliyə yoluxma riski daha yüksəkdir.

Azərbaycanda bu xəstəliyə rast gəlinməyib.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın