Ana səhifə / Gündəm / Türkiyədə mafiyanın toruna düşən azərbaycanlı qadınlar: adlarına kredit də götürüblər

Türkiyədə mafiyanın toruna düşən azərbaycanlı qadınlar: adlarına kredit də götürüblər

Türkiyə polisi Mərsində qadınları fahişəliyə cəlb edən beynəlxalq şəbəkə aşkarlayıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərsin Jandarma Komandanlığının Erdemli, Silifke, Anamur ve Mut vilayətlərində keçirdiyi əməliyyatlar nəticəsində 23 nəfər saxlanılıb və 14 nəfər məcburi fahişəliyə cəlb edilən qadın isə azad olunub.

Mənbənin məlumatına görə, jandarma əməkdaşlarının 3 ay davam edən izləmədən sonra 23 ünvanda əməliyyat keçirilib. Kazino, bar, əyləncə mərkəzləri və bəzi evlərdə keçirilən əməliyyatlarda əcnəbi qadınlarla külli miqdarda kreditmüqavilələrinin imzalandığı məlum olub. Əməliyyat nəticəsində 2 Gürcüstan, 1 Azərbaycan, 3 Suriya, 1 Mərakeş və 17 türk vətəndaşının olduğu ümumilikdə 24 nəfər isə şübhəli qismində saxlanılıb.

Araşdırma zamanı qadınlara zorla imzalatdırılan sənədlər, onların pasportları, mobil telefonları, saxsı qablarda yetişdirilən narkotik bitliklər aşkarlanıb.

Bu əşyalar arasında Fətullah Gülənin yazdığı iki kitab da diqqəti çəkib. Şəbəkənin əcnəbi qadınları baxıcılıq və təmizlik işlərinə düzəltmək adı ilə aldadaraq ölkəyə gətirdikləri məlum olub. Onların sənədlərini əllərindən alaraq kirayə evlərdə saxlayıb və cinsi istismara məruz qoyublar.

Əcnəbi qadınlar sərhəddən öz ölkələrinə göndərilmələri üçün Mersin Miqrasiya İdarəsinə təslim edilərkən, nəzarətə alınan şübhəlilərdən 23-ü həbs olunub, 1 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Həbs olunan şübhəlilər arasında həmçinin fahişəliyə məcbur edən şəxslərə gündəlik və ya aylıq kirayə verən ev, otel və pansion sahiblərinin də olduğu bildirilir.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın