Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Türkiyədə evlilik proqramlarına qatılan azərbaycanlı tanınmışlar… – FOTOLAR

Türkiyədə evlilik proqramlarına qatılan azərbaycanlı tanınmışlar… – FOTOLAR

Bu günlərdə 2016-cı ildə Azərbaycan gözəli seçilmiş Günel Ağayevanın Türkiyədə evlilik proqramına qatılması böyük marağa səbəb oldu. Esra Erolun proqramında iştirak edən Günel qeyd edib ki, 6 aydır, İstanbuldadır və aktrisalıq dərsləri alır. Azərbaycan gözəli həmçinin ölkəmizdə bir çox gəlinlik reklamlarına çəkildiyini, gözəllik mərkəzlərinin siması olduğunu bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyə televiziyalarında efirə gedən evlilik proqramlarının yasaqlandığı haqda məlumatlar yayılmışdı. Qərarın isə Türkiyənin Radio-Televiziya Üst Qurumu tərəfindən verildiyi bildirilirdi. Buna səbəb isə televiziyalarda nümayiş etdirilən evlilik proqramlarının gənc nəslin təlim-tərbiyəsinə mənfi təsir etməsi, bununla bağlı RTÜK-ə saysız-hesabsız şikayətlərin daxil olması idi.

Bəzi məlumatlarda qeyd olunurdu ki, bu cür verilişlər əslində qurama, şou olub, iştirakçılar isə sadəcə rol oynayırmış.

Bütün bunlara baxmayaraq, Türkiyədə evlilik proqramları bu gün də davam edir və verilişlərə hətta tanınmış azərbaycanlı namizədlər də qatılır.

Onların arasında xalq artisti Rafael Dadaşovun keçmiş xanımı, aktrisa Sədaqət Dadaşovanı göstərmək olar. 64 yaşlı aktrisanın proqramda iştirakı ölkəmizdə böyük rezonans doğurmuşdu.

Xatırladaq ki, Sədaqət Dadaşova “Bizim küçənin oğlanları”, “Ömrün səhifələri”, “Çarvadarların izi ilə”, “Yaşıl eynəkli adam”, “Yeddi oğuldan biri” filmlərində rol alıb.

Aktrisa vaxtilə xalq artisti Rafael Dadaşovla evli olublar. Bu izdivacdan onların Səidə, Leyla, Ayxan adlı üç övladları var.

Xalq artisti keçmiş həyat yoldaşının evlilik proqramına qatılmasına bu cür reaksiya vermişdi: “Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı (Brilliant Dadaşova) danışsın. Onu Türkiyəyə bacısı göndərib”.

Qalmaqallı azərbaycanlı işitrakçılardan biri də Əli Əkbərdir. Haqqında yayılan məlumata görə, Ə. Əkbər Bakıda foto-model kimi fəaliyyət göstərir. O, bir neçə məşhur brendin siması olub. Ə.Əkbər qatıldığı evlilik proqramının ən qalmaqalı iştirakçılarından hesab olunur. O, bundan əvvəl yarışmada iştirak edən azərbaycanlı namizəd Naz Maliyə ilə aralarında baş verən qalmaqallarla gündəmə gəlirdi.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın