Ana səhifə / Gündəm / “Topaz” müştəriləri necə aldadır? – Fotolar

“Topaz” müştəriləri necə aldadır? – Fotolar

İyunun 10-da futbol üzrə Avropa çempionatı start götürəcək. ” Azinforum.az ” sport7.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi turnir üçün bukmeker kontorları müxtəlif mərc növlərini azarkeşlərinə təqdim edib.

Bunlardan biri də ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət göstərən “Topaz”dır. Ancaq bukmeker kontoru yenə müştərilərini aldadıb. Belə ki, “Topaz” mərc həvəskarlarından “Avro-2016″da kimin bombardir olacağını soruşur. Təxmin üçün də proqramda müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunub. Amma iş burasındadır ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın da adı daxil edilib. Bundan başqa final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun da adı “Topaz” tərəfindən mərc həvəskarlarına təqdim edilib. Almaniyalı televiziya qarşısında yarışı izləyəcəyi halda “Topaz” onun bombardir olacağını 27 əmsalla qiymətləndirib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın