Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Gündəm / Tikinti şirkəti sakinlərdən qanunsuz ödəniş tələb edir – VİDEO

Tikinti şirkəti sakinlərdən qanunsuz ödəniş tələb edir – VİDEO

Abşeron rayonun Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin sakinləri öz mənzillərinə çıxarış ala bilmədiklərini və şirkət tərəfindən qarşılarına süni maneələr çıxarıldığını iddia edirlər.

Bu gün, yəni noyabrın 30-da sözügedən şəxslər, məsələ ilə bağlı yaşayış kompleksini inşa edən “İlin Dörd Fəsli” MMC-ə (İDF MMC) növbəti dəfə müraciət ediblər. Onlar bunanla bağlı şirkətə dəfələrlə müraciət etsələr də heç bir nəticəsinin olmadığını, çıxarış üçün “təmizlik” arayışı və dövlət rüsumu olmadığı halda əlavə ödənişlər istənildiyini bildirirlər.

Sakinlərin sözlərinə görə bu ödənişlər mənzillərdəki otaq sayına görə dəyişir. Onların sözlərinə görə “kupça” alan vətəndaşlar isə məcburi şəkildə qanunsuz ödənişlər edənlərdir.

İDF MMC-də lentə aldığımız görüntüləri təqdim edirik: (Yeniavaz.com)

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …