Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Gündəm / Tibb Universitetinin klinikasına girş niyə pulludur? – Yeni rektordan əcaib qərar

Tibb Universitetinin klinikasına girş niyə pulludur? – Yeni rektordan əcaib qərar

Tibb Universitetinin Stomatoloji Klinikasına giriş üçün pasientlərdən ödəniş tələb olunur.

Bu barədə klinikada bu halla üzləşən pasientlərdən biri məlumat verib.

Onun sözlərinə görə, klinikaya giriş üçün xəstələrdən 2 manat tələb olunur.

Məlumata görə, bu qayda Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin təyinatından sonra tətbiq olunub. Bu isə klinikaya müraciət edən xəstələrin narazılığına səbəb olub. Belə ki, xəstələr dəfələrlə həkimlərə etirazlarını bildirsələr də, şikayətlərini eşidən olmayıb.

Tibb Universitetinin Stomatoloji klinikasının baş həkimi, tibb elmlər namizədi Alqış Səfərov məsələ ilə bağlıAzNews.az-a açıqlamasında faktı təsdiqləyib: 

“Heç bir həkimin və vətəndaşın ixtiyarı yoxdur ki, xəstəlik vəsiqəsi olmadan həkimə müraciət etsin. 2 manat onun xidmət haqqıdır. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da var. Bizim klinika Səhiyyə Nazirliyinin nəzdindədir. Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur”.

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın