Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Tibb sahəsində Nobel mükafatından məhrum edilən iki Azərbaycan alimi -ARAŞDIRMA

Tibb sahəsində Nobel mükafatından məhrum edilən iki Azərbaycan alimi -ARAŞDIRMA

Səhiyyəmizin hazırki durumu çox təəssüf ki, onun barəsində yaxşı nəsə deməyə imkan vermir. Lakin sovet miqyasında Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafı bütün ittifaqda nümunə kimi göstərilirdi. Bunun əyani sübutu kimi Moderator.az saytı maraqlı bir faktı təqdim edəcək.

Azərbaycan tibbinin ən nəhəng simalarından olan Mustafa Topçubaşov və Qəhrəman Qəhrəmanov elə Nobel mükafatı laureatı olan alimlər tərəfindən bu mükafata təqdim edilir.

  1. Qəhrəmanov Azərbaycan neyrofizika və neyrokimya məktəbinin yaradıcısı hesab olunur.  Bu təqdimatda əsas pay sahibi elə onun özü olur. Elə bu istiqamətləri dərindən araşdırmaq üçün laboratoriya quran Qəhrəmanov onları dünya standartlarına cavab verə bilən  bir hala gətirir. Dünyanın bir çox ölkələrindən Nobel mükafatına layiq görülən alimlər bu laboratoriyada olan zaman heyrətə gəlirlər. Oranı İsveç Kral Akademiyasının tibb institutu ilə müqayisə edirlər.

Qəhrəman Qəhrəmanovun tibb elmindəki kəşfləri:

1.Sinir lifləri arasında efpatik ötürməninin tədqiqi-1959

  1. Böyrək ifrazat funksiyasının öyrənilməsinin yeni   üsulu – 1959
  2. Sidiyin axarlardan sidik kisəsinə tökülmə prosesinin tədqiqi
  3. İntrakarotid inyeksiyası üsulununun kəşfi- 1960
  4. İstiqanlı heyvanlarda cərrahi əməliyyat aparmadan summar tüpürcək ifrazını yazmaq – 1977
  5. periferik damara vazokonstriktor və vazodilyatator təsirlərin qrafik yazısını almaq üsulunun kəşfi- 1979

 

Qəhrəmanovla bərabər Nobelə təqdim olunan Mustafa Topçubaşov haqqında isə çox danışmağa o qədər də lüzum yox.

«Analgezin»in yaradıcısı kimi Mustafa Topçubaşovun adı Nobel Komitəsində tanınırdı. Lakin özü bu haqda 25 il sonra eşidir. 1972-ci ildə onun adına Stokholmdan xüsusi məktub gəlir. Nobel Komitəsi alimə müraciət edərək özü haqqındakı bütün məlumatları komitəyə çatdırmasını yazırdı. Topçubaşov da özü haqqında sənədləri toplayaraq komitəyə göndərir. Lakin bu dəfə bədxahların siyasəti öz işini görür. Ona görə də Nobel mükafatını Topçubaşova vermirlər. O, bu mükafatı köməkçisi olan cərrah Qəhrəman Qəhrəmanovla birgə almalı idi. Topçubaşovun bu mükafatı almasına ermənilər mane olur. O zaman SSRİ Səhiyyə Nazirliyində çoxlu erməni çalışırmış. Həmçinin onlar Nobel Komitəsinə də yol tapıblar. Burada siyasi məsələlər vardı. Amma Topçubaşov siyasətdən uzaq adam idi. Bəlkə onun üçün heç mükafatın da əhəmiyyəti yox idi. Müalicə edib həyata qaytardığı xəstələrin təşəkkürü onun üçün ən böyük mükafat idi.

Qeyd edək ki, bizim başqa alimlərimizin də Nobel almasına ermənilər çox mane olublar. Yusif Məmmədliyevin aqibətini xatırlamaq kifayətdir.

Onun yüksək  elmi nailiyyətlərin yekununda  mütləq Nobel mükafatı gəlməli idi.  Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif edirlər. Əslində, Nobel Komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri olmamalıdır. Lakin sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur ki, həmin məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasına müzakirəyə çıxarılır. Baş katib Nikita Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlirlər. Bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda sovet ordusunun arxa təchizat idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırır və onları dəstəkləyir.

 

Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın