Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Texniki baxış üçün yol vergisi qəbzi tələb olunurmu?

Texniki baxış üçün yol vergisi qəbzi tələb olunurmu?

Mətbuatda Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslərdən yol vergisinin ödənilməsi barədə də sənədin tələb olunacağına dair məlumat yayılıb. Bu məsələnin Milli Məclisin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapdığı bildirilir. Guya dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs indiyə qədər təqdim etdiyi sənədlərdən əlavə Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi də təqdim etməlidir.
Fins.az bu məsələni araşdırıb və məlum olub ki, avtomobil sahiblərindən belə bir sənəd tələb oluna bilməz. Çünki, bir müddət əvvəl yol vergisi rəsmi olarq ləğv edilib. Belə ki, ötən ilin sonunda Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, bu il yanvarın 1-dən avtomobillərə yol vergisi tətbiq olunmur. Buna görə də, sürücülər öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsümü ödəyəcəklər. Yəni, hamı maşının mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq vahid rüsum ödəyəcək. Yol vergisisinin ödənilməsi haqda haqda qəbz isə tələb olunmayacaq.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da fins.az-a bildirib ki, komitədə belə bir müzakirə aparılmayıb, “Yol Hərəkəti haqqında” qanuna başqa dəyişikliklər nəzərdən keçirilib.
Bir daha xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, texniki baxış üçün yeganə ödəniş “Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunmuş texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10 manatdır. Texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (bilka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın