Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Gündəm / TANAP “Türk axını”nı sıxışdırır

TANAP “Türk axını”nı sıxışdırır

Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım ötən həftə açıqlama verərək bildirib ki,”Türk axını” boru kəmərinin istismara verilməsi 2017-ci ildən sonraya gözlənilir. Səfir bunu belə izah edib ki, Moskva və Ankara arasında tikinti üzrə müqavilə hələ imzalanmayıb. Ümid Yardım deyib ki, Türkiyə və Rusiya hələ “layihənin başlanma mərhələsinə çatmayıblar” və iki ölkə arasında bu məsələ ilə bağlı danışıqlar davam edir.
Beləliklə, “Türk axını”nın tikintisi gecikir. Halbuki, Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirmişdi ki, Türkiyəyə “Türk axını” kəməri ilə qaz tədarükü 2016-cı ilin dekabrında başlayacaq. Belə çıxır ki, “Qazprom”un ehtimalı özünü doğrultmadı.
Bu arada, Makedoniyada daxili gərginliyin artması “Türk axını” layihəsinə bir başqa təhlükə yaradıb. “Türk axını” boru xətti Makedoniyadan da keçməlidir. Kreml Makedoniyada hökumət əleyhinə aparılan kampaniyanın arxasında ABŞ-ın dayandığından şübhəlidir. Kreml ondan şübhələnir ki, Vaşinqton Makedoniyanı qarışdırmaqla “Türk axını” layihəsinin reallaşmasına mane olmaq istəyir.
“Türk axını” layihəsinin gecikməsi Azərbaycanın xeyrinədir. Çünki, Moskva “Türk axını” boru xəttini TAP və TANAP layihələrindən əvvəl yekunlaşdırmaq istəyir. Bu isə Azərbaycana problemlər yaradacaq. Çünki, Rusiyanın boru xətti daha əvvəl tikilərsə bəzi Avropa ölkələrinin Azərbaycan qazına marağı azalacaq. Ona görə də rəsmi Bakı TAP və TANAP boru xətlərinin tikintisini planlaşdırıldığlndan tez yekunlaşdırmaq istəyir. Bu yarışda Ankara da Azərbaycanın lobbiçilik etdiyi TAP və TANAP layihəsinə üstünlük verir.
Rəsmi Bakı boru xətlərinə görə Moskva ilə münasibətlərinin gərginləşməsini istəmir. Buna baxmayaraq, Türkiyənin və Avropa ölkələrinin Azərbaycan qazına, TAP və TANAP-a üstünlük vermələri Kremli qıcıqlandırır. Ona görə də yaxın gələcəkdə Rusiya ilə Azərbaycanın maraqları enerji mövzularında kəsişəcək. Rusiya məhz buna görə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində maraqlı deyil.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Narazı vətəndaşın ümidi nazirə qalıb… – GİLEY

Dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulu mənimsənilən Atayeva Vüsalə Arif qızı Rubrika.Az saytına müraciət …

Bir cavab yazın