Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Gündəm / Tağı Əhmədovu öz qardaşı oğlu “satıbmış” – MTN-çilər tərəfindən döyüldüyünə görə

Tağı Əhmədovu öz qardaşı oğlu “satıbmış” – MTN-çilər tərəfindən döyüldüyünə görə

MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.
Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı kimi taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldur qruplaşmasını xatırlatdır.
Qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edirik. Bunlardan biri də Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan 3 milyon manat (o vaxtkı məzənnə ilə) pulun hədə-qorxu, təhdid və şantaj yolu ilə alınmasıdır. Bu epizodun ayrı-ayrı hissələri barədə xəbərlər əvvəllər dərc olunub. Ancaq epizodda indiyə qədər üzə çıxmayan məqamlar da var, məsələn, məlum olur ki, Tağı Əhmədovun metronun “Koroğlu” stansiyasındakı ticarət mərkəzini işlədən qardaşı oğlunu MTN-də döyərək onun əleyhinə ifadə alıblar…(“Azadliq.info”)

Həmçinin oxuyun

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev …

Bir cavab yazın