Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Bölgələr /  TƏRTƏRDƏ ŞOK HADİSƏ -AİLƏLİ OĞLAN DAHA BİR QIZ QAÇIRDI + FOTO

 TƏRTƏRDƏ ŞOK HADİSƏ -AİLƏLİ OĞLAN DAHA BİR QIZ QAÇIRDI + FOTO

Tərtər rayonunda maraqlı hadisə baş verib. Həmin rayonun Azad  Qaraqoyunlu kənd sakini 22 yaşlı  Heydərli Şahnaz Rəşid qızı Azinforum.az-a açıqlamasında bildirib ki,  həyat yoldaşı  Qasımlı Vahid Arif oğlu  onunla qanuni nigahda ola-ola evlənmək məqsədilə  başqa bir xanımı qaçırıb:

” Həyat yoldaşımın da 22 yaşı var. Onunla həmyaşıdıq.  2014-ci ildə onunla ailə qurmuşuq.   El adətilə toyumuz da olub. Sonradan  qaynanam mənimlə yola getmədi,   hətta verdikləri bütün qızılları əlimdən aldı. Həyat yoldaşımla qanuni nigaha da girmişəm, dini yolla kəsilən kəbinimiz də var. Bunu təsdiq edən bütün sənədləri sizə  təqdim edirəm.  Hazırda bu nigahdan bir qızımız var, bir neçə aydan sonra isə başqa uşağımız dünyaya gələcək. Bizim aramızda olan bütün narazılıqları qaynanam yaradırdı. Son vaxtlar mənim  atam ağır xəstəlikdən əziyyət çəkməyə başladı, əməliyyat olundu. Mən tez-tez ona baş çəkməli olurdum.  Buna da qaynanam narazılıq edirdi.  Bu narazılığın nəticəsi olaraq mən bir müddət atam evində  qalmalı oldum. Keçən ayın 10-u mən toya gedəndə həyat yoldaşımla rastlaşdım. O mənə yalvararaq evə qayıtmağımı xahiş etdi, hətta dəyişəcəyinə, anasının sözü ilə məni incitməyəcəyinə də söz verdi. Qayıtdım, hər şey normal gedirdi. Ancaq qaynanam yenə yoldaşımı öyrədirdi və gördüm ki, cuzi bir detalın üstündə belə evdə mübahisə, dava-dalaş yaranır. Yoldaşım yenə məni danışdırmamağa başladı. Üstündə 20 gün keçəndən sonra qaynanam mənə dedi ki, evdə niyə oturubsan, bizə arvadlıq edəssən? Gördüm ki, yoldaşım da işlədiyi yerdə qalır və evə gəlmir. Məcbur qalıb yenidən atamın evinə qayıtdım. Dünən isə eşitdim ki,  qanuni həyat yoldaşım olan həmin  adam,  mənimlə nigahda ola-ola, evlənmək məqsədilə   başqa bir qızı götürüb Bakıya qaçırıb. Artıq polislər kənddə onu axtarmağa başlayıb. Əldə etdiyim məlumata görə, onun qaçırdığı xanım  qaçqın rayonlarının birindəndi,  müvəqqəti olaraq bizim rayonda məskunlaşıblar. Həmin qızın  20-yə yaxın yaşı var.  Mən bu hadisəni biabırçılıq sayıram. Necə ola bilər ki, bir ata  öz qanuni ailəsini, iki övladını atıb gedib başqasını qaçırır? Heç olmasa qanuni yolla ayrıldıqdan sonra bunu edərdi. Söz tapa bilmirəm. Onunla qoşulub qaçan qız görəsən bunu özünə necə sığışdırıb? Sadəcə rusvayçılıqdır”.

Azinforum.az olaraq  bildiririk ki,  yazıda adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq və onların mövqeyinə yer verməyə hazırıq.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …