Ana səhifə / Gündəm / Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı – RƏSMİ

Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı – RƏSMİ

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Həmçinin oxuyun

Qazax Dövlət Sosial-İqtisadi Kollecində özbaşınalıqlar… – Prezidentə müraciət olundu

“Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa …