Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Gündəm / “Təcili yardım”a niyə cərimə yazıldı? – Polisdən açıqlama

“Təcili yardım”a niyə cərimə yazıldı? – Polisdən açıqlama

Azərbaycanda yol polisinin təcili tibbi yardım maşınını cərimələməsi təəccüb doğurub. 

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənib. K. Əliyev bildirib ki, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur: “Operativ nəqliyyat  vasitələri isə hərəkət zamanı digər nəqliyyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.

Sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş rayon Təcili Tibbi Yardım  Stansiyasına göndərilib. Həmin stansiyanın rəhbərliyi protokol daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir.  Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.

Qeyd edək ki, azxeber. com saytına Ağdaş Təcili Tibbi Yardım Stansiyanın sürücülərindən biri  310 manat cərimələnməsi barədə məlumat verib. Xəstəxana rəhbərliyi isə cərimələri işçinin maaşından kəsir.

Həmçinin oxuyun

Şərurda sənaye məhəlləsi yaradılır – Fərman

Prezident İlham Əliyev sentyabrın 13-də “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin …

Bir cavab yazın