Ana səhifə / Gündəm / Sürücülərə XƏBƏRDARLIQ! Bu gün sonuncu gündür – Pərdə və jalüzlərə görə

Sürücülərə XƏBƏRDARLIQ! Bu gün sonuncu gündür – Pərdə və jalüzlərə görə

Bu gün avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.

Trend-in məlumatına görə, “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.

Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.

Qeyd edək ki, sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdırlar. Xatırladaq ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …