Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Gündəm / “Sunny Electronics” vətəndaşlara keyfiyyətsiz məhsullar satır

“Sunny Electronics” vətəndaşlara keyfiyyətsiz məhsullar satır

“İlkin ödənişsiz”, “faizsiz” satılan məhsullar istehlakçılara baha başa gəlir

Məişət avadanlıqları satan mağazalar şəbəkəsinin sayı günü-gündən çoxalır. Artıq paytaxtın hər yerində müxtəlif adda məişət avadanlığı satan mağazalara rast gəlmək mümkündür. Lakin bu cür mağazaların sayı artdıqca problemlər də çoxalır. Belə ki, mağazalar şəbəkəsinin əksəriyyəti fəaliyyətlərində bir sıra nöqsanlara yol verirlər ki, bu nöqsanlar da sonradan mağaza rəhbərliyi və istehlakçı arasında narazılığa gətirib çıxarır. Bu mağazalar şəbəkəsindən biri də “Sunny Electronics” mağazalar şəbəkəsidir.

Sözügedən şəbəkə də yol verdiyi nöqsanlara görə digər mağazalar şəbəkəsindən geri qalmır. “Sunny Electronics” mağazalar şəbəkəsi məhsullarını baha qiymətə satışa çıxarır. Bizə verilən məlumata görə, sözügedən mağazalar şəbəkəsi köhnə və keyfiyyətsiz məhsulları vətəndaşlara təzə adı altında satır. Ona görə də bu mağazadan alınan məhsulllar qısa zaman içərisində sıradan çıxır. Əsasən alınan məhsulun hansısa detalı xarab olur. Belə olan halda isə “Sunny Electronics” mağazalar şəbəkəsinin rəhbərliyi məhsulun həmin hissəsinə zəmanət verilmədiyini bildirir. Bu birbaşa alıcının hüququnun pozulması deməkdir. Təəssüf ki, qanunvericilikdə də bununla bağlı boşluqlar var. Ona görə də istehlakçılar çıxılmaz durumda qalırlar. Sahibkarlar da qanunvericilikdəki boşluqdan istifadə edərək alıcıları aldadırlar. Təəssüf ki, məhsulun xarab olan hissəsini ölkəmizə ucuz qiymətə alıb gətirirlər amma baha qiymətə satırlar. Bizə verilən məlumata görə, sözügedən mağazadan alış-veriş edən istehlakçılar zəmanət müddəti ərzində dəfələlərlə servisə müraciət etməli olurlar. Bu hallar onu göstərir ki, “Sunny Electronics” mağazalar şəbəkəsi ölkəyə standartlara uyğun olmayan mallar gətirir. Təəssüf ki, istehlakçılar da bu cür halların qarşısında aciz qalırlar. Hüquqlarını müdafiə edə bilmirlər. Ona görə də istehlakçılar vaxtı ötmüş məhsullardan, mənşəyi məlum olmayan mallardan, keyfiyyətsiz avadanlıqlardan sığortalanmayıb. Bundan başqa bizə verilən məlumatlarda göstərilir ki, vətəndaşlar zəmanət müddəti ərzində bir neçə dəfə aldığı məhsulu təmir elətdirdikdən sonra mağazaya malı dəyişdirmək üçün müraciət etsə də, müraciətinə əhəmiyyət verən olmayıb. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən mal zəmanət müddəti bitməyənə qədər 2 dəfədən artıq xarab olursa, mağaza rəhbərliyi məhsulu dəyişdirməlidir.

Çünki zəmanət müddətində məhsul artıq ikinci dəfə təmirə gedirsə, deməli, qüsurludur. Ona görə də müştərilərin istehlakçı hüquqlarını dərindən bilmələri lazımdır. Ümumiyyətlə, sahibkarlar zay məhsula sahib çıxmalıdır, onu istehlakçıya zorla sırımamalıdır. Təəssüf ki, şikayətlər onu deməyə əsas verir ki, sözügedən mağazada qanunsuzluqlar baş verir və bunun qarşısını alan isə yoxdur. Olan istehlakçılara olur. Məhsulu neçə dəfə təmir etdirəndən sonra xarab oldusa başqasını almağa məcbur olur. Bu da mağazaların vətəndaşlara ilkin ödənişsiz, faizsiz adı altında satdıqları məhsullar. İlkin ödənişsiz, faizsiz satılan məhsullar vətəndaşlara neçə qat baha başa gəlir.

Azərbaycanda qüvvədə olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda malın keyfiyyəti, istehlakçının aldadılması və onun hüquqlarının pozulması kimi məsələlərə istehsalçının deyil, satıcının cavabdeh olduğu birmənalı qeyd olunub. Bu səbəbdən satıcının istehsalçı ilə müqaviləsində hər iki tərəfin məsuliyyəti dəqiq müəyyən edilməlidir. İstehlakçının hüquqlarının pozulduğu bütün hallara satıcı cavabdehdir. Hətta istehlakçıya düzgün informasiya verməməyə görə satıcı qanun qarşısında cavabdehlik daşıyır.

Qarşı tərəfə də cavab haqqı tanıyırıq.

 

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın