Cümə , Fevral 26 2021
Ana səhifə / Gündəm / Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırıb.

S.Novruzov jurnalist Əvəz Zeynallının “Rusiyanı dövriyyədən çıxara bilərikmi, yoxsa atom bombası atar?” sualına gülərək belə cavab verib: “Yox, o Qüdrət Həsənquliyevin, “beşinci kolon”un fikridir.

Ə.Zeynallı “Əli Həsənov (“Qaçqınkom”un sabiq sədri – red) “beşinci kolon”dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı…” sualını verib.

Deputat isə belə cavab verib: “Hamısı “Beşinci kolon”dur. Ad çəkmirəm, əgər kimsə bu fikri səsləndiribsə, deməli, “beşinci kolon”dur. Hərə məhəbbətini bir formada ifadə edir. Amma düşünmür ki… Azərbaycan tarixdə olmayan bir qələbə əldə edib, bunu hər kəs qəbul edir. Biz bundan sonra da irəli getməliyik”.

Həmçinin oxuyun

“Zakir Fərəcovun “İdrak” liseyində nə baş verir?” – Valideyn yazır

“”Idrak” Liseyi pandemiya dönəmində müqavilə öhdəliyini yerinə yetirmədiyi halda həmin dövr üçün valideyinlərdən 100% təhsil …