Şənbə , Dekabr 5 2020
Ana səhifə / Gündəm / Şirvanda Kollec direktoru qohumunun xeyri üçün seçkiyə qanusuz müdaxilə edir…

Şirvanda Kollec direktoru qohumunun xeyri üçün seçkiyə qanusuz müdaxilə edir…

46 saylı Şirvan Seçki Dairəsində vəzifəli şəxsin seçkiyə müdaxilə etdiyi ortaya çıxıb. Həmin dairədən millət vəkilliyinə namizəd olan Peyman Sadıxovun Azinforum.az-a verdiyi məlumata görə, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Balamirzə Məmmədov, məktəb direktorları ilə fərdi qaydada görüşərək 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa qeydə alınmış qohumuna səsvermə prosesində dəstək olmalarını bildirib: ” Hətta qohumu olan namizədin dünən Şirvan şəhər Mədəniyyət Evində seçicilərlə görüşünü təşkil edərək, kollecin tələbələrini məcburi şəkildə həmin görüşə aparmışdır. Balamirzə Məmmədovun bu qeyri-qanuni addımı ilə Şirvan şəhər sakinləri ölkə rəhbərliyinə müraciət ünvanlayacaqlar.
Xüsusilə qeyd edim ki, Balamirzə Məmmədov, Müdafiə Sənayesi Naziri olmuş mərhum Yavər Camalovun dayısıdır”.

Həmçinin oxuyun

Vətən Müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı …