Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Şirkət 93 ailənin əmək haqqını oğurladı (FOTOLAR)

Şirkət 93 ailənin əmək haqqını oğurladı (FOTOLAR)

“Azərsu” ASC-nin nəzdində fəaliyyət göstərən “Piramida inşaat” MMC-də işləyən fəhlələr aylıq maaşlarını ala bilmirlər. 1 ildən çoxdur ki, 93 nəfər işçinin əmək haqqı verilmir.
Bu barədə “Yeni Müsavat”a “Piramida inşaat” MMC-nin keçmiş işçiləri  Fərid Cəfərov və Elgün Nəbiyev danışıb.
Şikayətçilər bildirdi ki, Piramida MMC-yə, “Azərsu” ASC nəzarət edir. Tikinti işlərinə və maliyyə məsələri ilə qurum məşğul olur. Lakin “Azərsu” ASC heç bir hüquqi məsuliyyət daşımadığını və problemi “Piramida inşaat” MMC ilə həll etmələrini bildirib.
Fərid Cəfərov 13 aydır ki, əmək haqqını ala bilmədiyini dedi: “2013-cü ildən “Piramida inşaat” MMC-də sex rəisi vəzifəsində işləyirdim. Aylıq əmək haqqım 1000 manat idi. 2015-ci ilin fevral ayına qədər vatı-vaxtında maaşlarımız verilirdi. Şirkət iflasa uğradıqdan sonra fevral ayından bu vaxta qədər maaş üzünə həsrət qalmışıq.13 aylıq maaşım və məzuniyyətimlə birlikdə 16 min manat pul almalılyam. “Piramida inşaat” MMC isə özbaşınalıq edir, maaşlarımızı vermir”.
Şikayətçilər problemlə bağlı dəfələrlə Azərsu” ASC-nin qarşısında aksiya keçirdiklərini bildirdilər: “Mart ayının 30-da maaşını ala bilməyən 75 nəfər işçi ilə “Azərsu”nun qarşısında toplaşdıq. Qalan işçilər isə rayonlarda olduğundan gələ bilmədilər. Bildirdik ki, əgər hansısa şirkət iflasa uğrasa “ana” şirkət, yəni “Azərsu” onun borcunu ödəməlidir. Dəfələrlə 15-20 nəfərlə “Azərsu”nun qarşısına toplaşıb, etirazımızı bildirmişik. Onlar  isə “gedin, şirkətin rəhbəri olan türkiyəli iş adamını tapıb gətirin” deyirlər.
“Piramida inşaat” MMC-nin rəhbəri isə Bakıdadır. 93 fəhləni işlədib, əmək haqqını verməyən türkiyəli şirkət rəhbəri, nədənsə məsuliyyətə cəlb edilmir”.
Xatırladaq ki, “Piramida”nın türkiyəli rəhbəri Emin Mehmet Tansu hər dəfə maaşlarını tələb edən işçilərə “Azərsu” bizim pulumuzu versin, biz də sizin maaşınızı verək” cavabını verib.
“Azərsu”ASC-dən isə həmin şirkətə lazımı vəsait ayrıldığı bildirilir.
Məsələ ilə bağlı “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a danışıb. O, “Piramida inşaat” MMC-nin işçiləri aldatdığını dedi: “Piramida inşaat”MMC bizim podratçı şirkət olub. Biz tunel çəkilişi üçün lazmı maliyyəni onlara vermişik.Türk şirkəti isə fəhlələrin əmək haqqlarını verməyib. Bu səbəbdən də onlarla işçinin etirazına səbəb olub.Hazırda həmin şirkətlə işləmirik. Bir həftə əvvəl şikayətçilər məsələ ilə bağlı “Azərsu” ASC-yə gəlmişdilər. Tikinti Departamentində onları qəbul edib, məsələni izah etdilər. Şirkətin rəhbərinə gəlincə heç bir məhkəmə qərarı olmadan deyir ki, bizim onlara borcumuz var. Biz isə bildirmişik ki, şirkət rəhbəri gəlsin, kimin- kimə borclu olduğunu aydınlaşdıraq. Lakin bu günə qədər şirkət rəhbəri ortada yoxdu”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın