Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / “Şeyxülislam mükafatı”nı almaq istəyən jurnalistlər kimlərdir?

“Şeyxülislam mükafatı”nı almaq istəyən jurnalistlər kimlərdir?

Təxminən iki ay öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlər üçün “Şeyxülislam mükafatı”nın təsis olunduğunu bəyan etmişdi. Həmin vaxt media nümayəndələrinə müraciət edən şeyx həzrətləti bu mükafatın milli-mənəvi dəyərlərlə bağlı yazılara görə veriləcəyini bildirmişdi.

Maraqlıdır, geridə qalan müddətdə “Şeyxülislam mükafatı” almağa cəhd edənlər oldumu? Mükafatı almaq üçün kimlər QMİ-yə yazı  təqdim edib?

Qafqazinfo” xəbər verir ki, modern.az saytı bu suallarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya müraciət edib.

““Şeyxülislam mükafatı”nın təsis olunmasından uzun müddət keçməyib. Bu ərəfədə şeyx həzrətləri məzuniyyətdə olub. Yəqin ki, yaxın vaxtlarda  bu məsələyə bir daha qayıdılacaq. O zaman məlumat olarsa, bu barədə danışacağıq”.

Mətbuat katibinin sözlərinə görə, konkret olaraq QMİ-yə mövzu ilə bağlı yazılar daxil olmayıb.

“Biz istəyirik ki, hər bir şey yaxşı olsun. Həm yazıların verilmə mexanizmi, həm də təqdim olunacaq yazılar yüksək səviyyədə olsun. Hər halda, bu, mediaya mesaj olaraq verilib. Hamı bununla bağlı öz işini görə bilər. Əlbəttə ki, yazılar təqdim olunarsa ,biz onların hamısına xüsusi baxacağıq. Amma, açığı, bizə yazı təqdim olunmayıb. Ola bilər ki, kimsə yazılar üzərində işləyir. Hələ ki, hazır variant yoxdur.

Ümumilikdə dini, mənəvi-dəyərlərin daha yüksək səviyyədə təbliğinə xidmət edən yazılardan, media məhsullarından söhbət gedir. “Şeyxülislam mükafatı”nın verilmə mexanizmi hazırlanır. Hələ ki məsələnin hansı yerdə olması barədə  daha ətraflı məlumatlı deyiləm”.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın