Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / Sevinc Osmanqızının fikirlərinə ETİRAZ: “Bunu canlı şahid kimi deyirəm…”

Sevinc Osmanqızının fikirlərinə ETİRAZ: “Bunu canlı şahid kimi deyirəm…”

“Modern.az saytı 07.02.2016 tarixində ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının fikirlərini dərc edib. 20 noyabr tarixində Qarakənddə törədilmiş məlum vertolyot faciəsi ilə bağlı fikirlərini bölüşən həmkarımızın hisslərini başa düşürəm. Amma həqiqət hər şeydən yüksəkdə olmalıdır”. Bu sözləri Moderna.az-a Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev bildirib. O, Sevinc Osmanqızının iddialarına belə cavab verib:

“Sevinc xanım bildirir: “Dövlət katibi Tofiq İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti Ağdama gedib, Bakıya qayıtmalı idi. Xocavəndə uçuş planlaşdırılmamışdı. Nümayəndə heyətini Ağdam aeroportunda bir gün əvvəl Xocavənddən gələn qaçqınlar qarşılamamalı idi. Ağdamın yataqxanalarında yerləşdirilməli olan bu bir qrup qaçqını avtobusla aeroporta yığmaqda məqsəd nə olub?”.

Həmin vaxt Ağdam Aeroportunda olan canlı şahid kimi tam məsuliyyətlə deyirəm, Tofiq İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama gələn zaman aeroportda Bakıya uçmağa hazırlaşan sərnişinlərdən və onları yola salanlardan başqa heç kim olmayıb.

Bakıdan gələn nümayəndə heyəti təyyarədən düşən kimi uçuş-enmə zolağında dayanmış maşınlara minib oradan uzaqlaşdı.

Yandırılmış Xocavənd kəndinin sakinləri isə Ağdamın mərkəzində rayonun inzibati idarəetmə binalarının yerləşdiyi meydana toplaşmışdı.

Həmin gün Xocavənd sakinlərinin bir çoxu, uşaqlar, körpəli qadınlar Ağdam camaatı tərəfindən imkan dairəsində evlərdə, xəstələr xəstəxanada və müxtəlif məkanlarda yerləşdirilmişdi. Ayağı yer tutanlar isə rayon mərkəzində toplaşmışdı. Və doğurdan da onlar öz durumlarını Azərbaycan rəhbərliyinə çatdırmaq istəyirdilər.

Bir daha təkrar edirəm ki, həmin gün aeroportda bir nəfər də olsun Xocavənd sakini yox idi. Kimisə ittiham etmək üçün həqiqətin üstündən xətt çəkmək olmaz. Bu gün baş verən müxtəlif hadisələrlə bağlı kim nə gəldi danışır. Amma unutmayaq ki, hələ bu hadisələrin canlı şahidləri var”.

Qeyd edək ki, Sevinc Osmanqızı atası Osman Mirzəyevin də həlak olduğu vertolyot qəzası ilə bağlı həqiqətlərin üzə çıxarılmamasına görə Ali Sovetin keçmiş sədr müavini Tamerlan Qarayevi ittiham edib.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın