Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Satirik şair oğurlanıb? – Anasının açıqlamasına DİN-dən cavab

Satirik şair oğurlanıb? – Anasının açıqlamasına DİN-dən cavab

Sosial şəbəkələrdə öz satirik şeirləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-i axşamdan yoxa çıxıb.
T.Həsənlinin anası özünün video-müraciətində bildirib ki, onu məhz satirasına görə oğurlayıblar: “O, ətrafında gördüyü hər şeyi şerə çevirirdi”.
Şahidlərin sözlərinə görə, satirik saat 21:00-a yaxın Qala qəsəbəsində mağazaya girərkən naməlum şəxslər onu maşına əyləşdirərək aparıblar.
Yoxa çıxan satirik şairin anası:
Tofiq Həsənli
“Turan” agentliyinin sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, T.Həsənlinin oğurlanması barədə onlara məlumat daxil olmayıb. “Ailə üzvləri polisə müraciət etməli və ya 102 saylı nömrəyə zəng etməlidirlər” – DİN mətbuat xidmətindən qeyd olunub.
Xatırladaq ki, T.Həsənli öz şerlərində radikal dindarları, dövlət məmurlarını kəskin tənqid edir.

 

mia.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın