Cümə , Oktyabr 23 2020
Ana səhifə / Gündəm / Samir Şərifov və Rüfət Aslanlı cəmiyyətə deməyə söz tapmırlar? – ARAŞDIRMA

Samir Şərifov və Rüfət Aslanlı cəmiyyətə deməyə söz tapmırlar? – ARAŞDIRMA

Bu günlərdə Azərbaycanın bank sektorunda baş verənlər mətbuatda və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu. Məsələn, sürpriz şəkildə Beynəlxalq Bankın rəhbərliyindən uzaqlaşdırılan Elmar Məmmədovun saxlanılaraq dindirilməsi barədə də məlumatlar yayıldı. “Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin eks sədri, vəzifəsindən sürpriz şəkildə azad edilən Elmar Məmmədov saxlanılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.

Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi. Lakin belə görünür ki, Elmar Məmmədov ona göstərilən etimadı doğrultmayıb. Hələlik onun nədə ittiham edildiyi məlum deyil. Bununla belə ehtimal edilir ki, Elmar Məmmədovun vəzifədən azad edilməsi və saxlanılması dollar “qara bazarı”nın geniş vüsət alması və son vaxtlar valyuta spekulyasiyasının narahatlıq doğuracaq dərəcədə artmasıdır.photo_170011

Hazırda hüquq-mühafizə orqanları Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə dollar “qara bazarı” ilə bağlı araşdırma aparır, banklardan dolların qara bazara necə ötürüldüyünü üzə çıxarmağa çalışır.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Fondunun Beynəlxalq Bankda aşağı faizlə rekord həcmdə-1 milyard dollar depozit yerləşdirmişdi və bu, valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün atılan addımlardan biri idi. Həmin depozitin yerləşdirilməsindən sonra doğrudan da bazarda bir müddət dollar bolluğu yarandı, manat yenidən dəyər qazanmağa başladı. Ancaq daha sonra dollar yenidən qıtlaşdı, məzənnə isə artmaqdadır” (virtualaz.org).

Qeyd edək ki, dekabrın 5-də və7-də “Azər-Türk Bank”da baş verən proseslər, Fərhad Adıgözəlovun hüquq mühafizə orqanları tərəfindən saxlanılması, bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlının roluna toxunulmuşdu. Məsələ ilə bağlı MNBP-nin mətbuat xidmətinə sorğu göndərsək də, hələ də bir cavab əldə edə bilməmişik. Dekabrın 9-da isə mətbuatla əlaqələrə məsul Palata rəsmisi Jalə Ajennajat nə zənglərimizə cavab verdi, nə də elektron poçta yazdığımız növbəti sorğunu cavablandırdı.
bez-nazvaniya-1

Mətbuatda qeyd olunan “qara bazar”la əlaqələr haqqında iddialar isə şərh olunmur. Həmçinin, mətbuatda “Azər-Türk Bank” rəhbərliyinə dekabrın 2-də təyin olunan X.Əhədovun “sehirli” transferindən söz açılır: “Amma bir həftə də keçmədi, X.Əhədov Azərbaycan Beynəlxalq Bankının sədri təyin edildi.

“Azər-Türk Bank”ın yeni sədri Orxan Hüseynov təyin edilib. Maraqlıdır ki, Xalid Əhədov və Orxan Hüseynov vaxtilə bu yaxınlarda ləğv edilmiş “Bank Standard”ın rəhbərləri olub (müvafiq olaraq idarə heyətinin sədri və onun müavini). Bank dairələrində gələcəkdə Azər-Türk Bankın və Azərbaycan Beynəlxalq Bankının birləşəcəyini istisna etmirlər. Azər-Türk Bankının və Beynəlxalq Bankın rəhbərlərinin dəyişməsi haqqında qərarlarından dərhal sonra mətbuatda yerdəyişmələrin bankların “qara bazarla” əlaqələri haqqında şaiyələrlə bağlı olduğu haqqında məlumatlar yayılıb.

Bu barədə, xüsusən, məşhur iqtisadçı Qubad İbadoğlu öz facebook səhifəsində yazıb. Onun fikrincə, Beynəlxalq Bankla bağlı problemlər bank özəlləşdirilənə qədər mövcud olacaq. Özəl banklarda səhmdarlar idarəedicilərin oğurluq etməməsini diqqətlə izləyir. Vaxtilə bazerturkeynəlxalq maliyyə təşkilatlarının məsləhət gördüyü kimi Beynəlxalq Bank özəlləşdirilsəydi, belə böyük ölçüdə oğurluq olmazdı” (contact.az).

F.Adıgözəlov və E.Məmmədov haqqında daha bir məlumat da diqqəti çəkir: “F.Adıgözəlovla E.Məmmədov vaxtilə bir komandada çalışıblar. Belə ki, E.Məmmədov “Azər-Türk Bank”ın sədri olanda F.Adıgözəlov onun müavini vəzifəzində çalışıb. E.Məmmədov ABB-yə sədr təyin edildikdən sonra onun müavini “Azər-Türk Bank”ın sədri təyin edilib. Ötən həftə isə o da vəzifəsindən kənarlaşdırılıb”.

Bu “Yapraq dökümü” ya da “sehirli transferlər” hadisəsini “maliyyə naziri Samir Şərifova qarşı atılan addımlar” kimi xarakterizə edənlər də var. ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev həbsindən sonra da Beynəlxalq Bankın yeni rəhbərliyini hədəfə alan açıqlamalarında əsasən Samir Şərifovu “vurmuşdu”. Əslində, Cahangir Hacıyev mətbuata göndərdiyi son müraciətində Beynəlxalq Bankın rəhbərliyini tamamilə hədəfə çıxarmış və yeni rəhbərliyin fəaliyyətini incələməyin, təhlil etməyin lazımlılığını bəyan etmişdi.bez-nazvaniya

Məlum açıqlamadan: “2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub. Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Hardadır həmin pullar? Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstərdiyim külli miqdarda vəsaiti nağd formada almasına baxmayaraq, ili xalis zərərlə başa vurur”.

İndi isə məlum olur ki, Ca04f452d39a31-300x185angir Hacıyevin dediyi həmin valyuta bankın yeni rəhbərliyi tərəfindən “qara bazar”da satılıb. Məsələnin təfərrüatı ilə bağlı əldə etdiyimiz məlumatlara görə, Beynəlxalq Bank rəhbəri işdən çıxarılmazdan az öncə valyuta bazarının niyə belə çətin vəziyyətə düşdüyü barədə maliyyə naziri Samir Şərifovdan hesabat tələb edilib. Nazir isə valyuta bazarında bu qeyri-müəyyənliyi və hərc-mərcliyi tutarlı arqumentlərlə izah edə bilməyib və məsuliyyəti üzərindən atmaq üçün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovu hədəfə çıxararaq onu qurban verib. Mənbə iddia edir ki, Samir Şərifovun dəstəyi ilə vəzifəyə gəlmiş Elmar Məmmədov onun diqtəsi və təlimatı olmadan nəinki “qara bazar”a pul çıxarmaq kimi böyük risk daşıyan bir əmələ qol qoymaz, hətta Beynəlxalq Bankın fəaliyyətinə aid olan məsələlərə belə təkbaşına qərar verməz. Şərifov isə görünür, özünü hədəfdən yayındırmaq üçün yenə daha xırda fiquru qurban verməyi seçib.

Millət vəkili Vahid Əhvahid-hm-dovmədovun bugünkü açıqlaması da vəziyyətin nə qədər kritik olduğunu və məsələyə dövlət başçısının müdaxilə etdiyini göstərir. Onun sözlərindən məlum olur ki, Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.

Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib (bakipost.az).

Məsələ ilə bağlı sayta danışan tanınmış iqtisadçı Fuad Rəsulov da hesab edir ki, bank sektorunda baş verən son hadisələr “qara bazar” ilə əlaqəlidir.

“Tam konkret iddia ilə çıxış edə bilmərəm. Amma görünür ki, dövlət bu və digər xoşagəlməz hallarla bağlı tədbirlər görməyə başlayıb. Prezident maliyyə bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün 15 gün möhlət verib. Ona görə də, bu cür dəyişikliklər edilir”, – deyə F.Rəsulov bildirdi.404052182

“Kimlərində vəzifəsindən uzaqlaşdırılması bu problemi həll edəcəkmi? Yəni, görülən tədbirlərin nəticə verəcəyinə inanırsınız?”, – deyə soruşduq.

“Hər halda, tədbirlərdən müəyyən nəticələr gözləmək olar. Bilirsiniz, düşünürəm ki, yaranan problemlər əsasən iri müştərilərlə bağlıdır. Bankirlər böyük məbləğdə pul əməliyyatları həyata keçirən şirkətlərlə, iş adamlarıyla əməkdaşlıq edirlər. Onlara xırda miqdarda valyuta mübadiləsi aparan vətəndaşlar o qədər maraqlı olmur. Düşünürəm ki, valyuta çatışmazlığı da əksər hallarda buna görə yaranır”, – deyə ekspert cavab verdi.

Qafqaznews əməkdaşı Maliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektoruna zəng etdi, lakin xanım əməkdaş bildirdi ki, “biz ancaq e-mail vasitəsiylə işləyirik”. Beləliklə, aşağıdakı suallarımızı sektor müdiri Mayis Piriyevin elektron poçt ünvanına yolladıq:

“Salam. Son günlərdə “Əmrahbank” və digər banklar dollar alış-satışını tam dayandırıblar. Bu məsələni şərh etmək mümkündürsə, sevinərdim. Amma daha vacib 2 məqam üzrə sualım var.

1.“Azər-Türk Bank” rəhbərliyindən Fərhad Adıgözəlovun uzaqlaşdırılmasını onun cənab nazir Samir Şərifovla yaxınlığında izah edirlər və hansısa “gizli nüans”lar axtarılır. Əslində vəziyyəti necə izah etmək olar?

2. Beynəlxalq Bankın sabiq İH sədri Elmar Məmmədovun istefaya göndərilməsində əsas səbəb bəzi KİV-lərdə “qara bazar”a valyuta çıxarılması göstərilir. Ümumiyyətlə, səbəb nə oldu?”.

Təəssüf ki, iş gününün sonunda belə bu suallarımıza cavab ala bilmədik.

Maraqlıdır, cənab nazir Samir Şərifov və hörmətli Palata sədri Rüfət Aslanlı baş verənləri niyə şərh etmək istəmirlər? Cəmiyyətə deməyə söz tapılmır? (Qafqaznews.az)

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın