Şənbə , Aprel 4 2020
Ana səhifə / Gündəm / SALYANIN POLİS RƏİSİ İŞDƏN ÇIXARILDI – Əli Həsənovun qaynı başqa işə keçirilib…

SALYANIN POLİS RƏİSİ İŞDƏN ÇIXARILDI – Əli Həsənovun qaynı başqa işə keçirilib…

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Azinforum.az xatırladır ki, C.Vəliyev Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaynıdır. 

Həmçinin oxuyun

Qazax Dövlət Sosial-İqtisadi Kollecində özbaşınalıqlar… – Prezidentə müraciət olundu

“Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa …