Bazar , Noyabr 29 2020
Ana səhifə / Gündəm / Sakinlər tikinti şirkətini qanunsuzluqda ittiham edirlər – Şikayət

Sakinlər tikinti şirkətini qanunsuzluqda ittiham edirlər – Şikayət

 

Bakı şəhəri Hüseynbala Əliyev küçəsi, bina 6/10-nun sakinləri Prezident İlham Əliyevə şikayət ediblər.
Surəti Mia.az-a daxil olan məktubda bildirilir ki, yuxarıda göstərilən ünvanların kəsişdiyi yerdə son 1 aya yaxındır “Feniks-AA” MMC tərəfindən 10-dan cox agac  kəsilib, uşaq meydançası dagıdılıb:
“Yerində isə hündürmərtəbəli  bina timəyə başlayıblar. Maraqlıdır ki, bu tikinti zamanı ərazidə yaşayan sakinlərin elementar hüquqları belə nəzərə alınmayıb. Üstəlik, bu tikinti mövcud qanunlara və şəhərsalma qaydalarına ziddir. Belə ki, bu qaydalara görə 15-20 metr gündürluyu olan binaların ərtafındaki sahələr qırmızı və yaşıl zolaqlara ayrılır. Qırmızı zolaqda ( 10-15 metrə aralıqda ) əsaslı tikili aparılması həmin binanın təhlükəsizliyinə görə yolverilməzdir. Bundan əlavə, aparılan bu inşaat işləri ərazidəki 5 binanın sakinlərinin təhlükəsiz və azad gediş-gəlişinə mane olur. Bu barədə yerli icra orqanlarına dəfələrlə müraciət etməyimizə baxmayaraq, inşaat işləri bu gündə davam edir”.
Sakinlər prezidentdən xahiş edir ki, bu tikinti dayandırılsın:
“Axı, 5 binanın sakinləri bir iş adamının qanunsuz maraqlarına niyə qurban verilməlidir? Kimdir axı bu şirkəti himayə edənlər ki, mövcud qurumlar həmin iş adamının qabağında belə gözükölgəli davranırlar?
Cənab prezident, xahiş edirik, icra qurumlarının göz yumduğu bu qanunsuzluğa müdaxilə edərək, qanunsuz inşaat işlərinin dayandırılması üçün bizə kömək edəsiniz”.
Şikayətlə bağlı şirkətdən mövqe öyrənə bilmədik. Qarşı tərəfi də dinləməyə hazırıq.
Mia.az

 

Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …

Bir cavab yazın