Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Sən demə, qışda maşını qızdırmaq olmaz –İnanılmaz fəsadlar

Sən demə, qışda maşını qızdırmaq olmaz –İnanılmaz fəsadlar

“Qışda avtomobilin mühərrikini mütləq qızdırın”. Bu avto mütəxəssislərin ən dəyərli məsləhətlərindən biridir.
Araşdırmalar müasir maşınlarda bu cür isitməyə ehtiyac olmadığını göstərir.
Əsas səbəblərdən biri budur ki, bir qram belə əlavə yanacağın küçəyə atılması ekoloji tarazlığı pozur. Bu, həm də qlobal istiləşmənin “dəyirmanına su tökmək” kimi bir şeydir.
Əslində ekoloqlar bu məsələdə haqlıdır. Çünki motorun qızdırılması üçün hər dəfə əlavə bir litr yanacaq sərf edilir. Hər səhər və axşam motorun 10-15 dəqiqə qızdırılmasının ekoloji və iqtisadi baxımdan nə qədər zərər verdiyini düşünün. Hər bir sürücü bilməlidir ki, əslində maşın hərəkət edəndə mühərrik daha sürətlə qızır, nəinki dayanıqlı vəziyyətdə. Üstəlik, dayanıqlı vəziyyətdə mühərrikin işləməsi həm qitisadi baxımdan itkilərə, həm də avtomobilin hissələrinin zərər görməsinə səbəb olur.
Müasir maşınların əvvəldən qızdırılması motorun ömrünü qısaldır.(Publika.az)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın