Ana səhifə / Gündəm / Şəmkirin icra başçısı saxlanıldı

Şəmkirin icra başçısı saxlanıldı

Şəmkir Rayon İcra Hakimiyyətinin saxlanılan başçısı Alimpaşa Məmmədov Bakıya gətirilib.

Məlumatı “Qafqazinfo” yayıb.

Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan A.Məmmədov hazırda DTX-nın inzibati binasında dindirilir.                                                                                     

**12:53

Bu gün səhər saatlarında Şəmkir rayon İcra Hakimiyyətində həbslər aparıldığı bildirilir. Xəbərlərə görə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. Rayondakı mənbələr isə deyirlər ki, Alimpaşa Məmmədov saxlanılmayıb, amma hazırda otağında “qara maskalılar” tərəfindən dindirilir. İcra Hakimiyyətinin binasında əməliyyat hazırda davam edir, binaya giriş-çıxış bağlıldır.

Həmçinin oxuyun

Bir başqa 8 May…

Ötən ilədək hər dəfə mayın 8-də, təxminən bu dəqiqələrdə KİV-lərdə xəbər yayımlanırdı. Hər mayın 8-də …