Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Şəki polisi çaya dərman preparatları atan şirkətlə bağlı araşdırmalara başladı

Şəki polisi çaya dərman preparatları atan şirkətlə bağlı araşdırmalara başladı

Şəkinin Qumux kəndindən keçən çaya külli miqdarda dərman preparatları atan şirkətlə bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırmaya başlanılıb. Artıq dərman vasitələrinin ərazidən yığışdırılır.

Bu barədə virtualaz.org-a Şəki Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, dərman vasitələrinin ora Şəkidəki dərman firmalarından biri tərəfindən atıldığı məlum olub. “Firmanın adı hələ bəlli deyil, bununla bağlı polis araşdırma aparır. Dərmanları çaya gizli şəkildə töküblər. Yəqin ki, həmin vasitələri çaya tökən firma rəhbərliyi cəzalandırılacaq. Hazırda nəticələrin aradan qaldırılması üçün Baş Layısqı kənd bələdiyyəsinə tapşırıq verilib və dərmanların çaydan yığılır”, – deyə İcra hakimiyyətindən bildirilib.

Xatırladaq ki, Şəkinin Qumux kəndindən keçən çaya dərman vasitələri ötən gün atılıb. Ərazi heyvanların örüş sahəsi olduğundan mal-qaranın tələf olma ehtimalı var. Digər tərəfdən isə ətrafda yaşayan sakinlər dərmanların yayılan pis qoxusundan narazılıq edirlər.

Sakinlərin sözlərinə görə, dərmanların çoxunun mənşəyi bəlli deyil. Əgər dərmanlar ətrafa yayılarsa, yaxınlıqda yaşayanlar və ərazidə oynayan uşaqların səhhəti üçün ciddi təhlükə yarana bilər. Dərmanlar çay boyu 5-10 km məsafəyə axa bildiyindən problemin qonşu kəndlərə keçmə ehtimalı da var.

Problemlə bağlı bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məlumat yayıb. Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, Baş Layısqı bələdiyyəsinin mülkiyyətinə aid olduğu əraziyə istifadə müddəti sona çatmış 4 m3 həcmində müxtəlif adda iynə və dərman peraparatlarından ibarət tibbi tullantıların atıldığı məlum olub. Əraziyə Şəki rayonu Gigiyena Epidemologiya Mərkəzinin, rayon Polis Şöbəsinin, Baş Layısqı Bələdiyyəsinin və Baş Layısqı İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.

Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi üçün Baş Layıski Bələdiyyəsinin sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkar şəxslərin müəyyələşdirilməsi mümkün olmayıb. Qanun pozucuları barəsində qanunamüvafiq qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki Rayon Polis Şöbəsinə müraciət edilib.

Dərman vasitələrinin çaydan yığışdırılıb-yığışdırılmadığını öyrənmək üçün Baş Layısqı bələdiyyəsinə telefon zənglərinizə cavab verən olmadı.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın