Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Gündəm / Səfər Mehdiyevin qardaşının şirkəti məhkəməyə verildi

Səfər Mehdiyevin qardaşının şirkəti məhkəməyə verildi

“Sumqala Tikinti Təchizat” MMC-yə məxsus avtomobil yol-hərəkət qaydalarını ciddi şəkildə pozduğuna görə məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, MMC “Yol Hərəkəti Qaydaları Əleyhinə Olan İnzibati Xətalar. 347-ci maddə”ni pozduğuna görə məhkəməyə müraciət edilib.
Qeyd edək ki, 347-ci maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə məhsuliyət daşıyır. 
Onu da qeyd edək ki, MMC-nin əsas ünvanı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndidir. KİV-də yayılan məlumata görə, “Sumqala Tikinti Təchizat” MMC-nin sahibi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qardaşı qardaşı Kazım Mehdiyevdir.

Həmçinin oxuyun

Özünü doğramaq istəyən həkim danışdı: “Soyuducu xarab olmuşdu…”

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızı intihar etməyə cəhd …