Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Gündəm / Səfər Mehdiyev Prezident Administrasiyasına ÇAĞIRILDI

Səfər Mehdiyev Prezident Administrasiyasına ÇAĞIRILDI

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.

Azinforum.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.

Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.

Həmçinin oxuyun

Etibar Məmmədov bunu ilk dəfə etiraf etdi: “Bu şirkətlər qohumlarımındır…”

“Bizneslə məşğul olmaq cinayət deyil. 2004-cü ildə partiya sədrliyindən istefa verdikdən sonra mən tam sərbəst …