Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu -RÜŞVƏT QALMAQALI

Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu -RÜŞVƏT QALMAQALI

Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif  Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb.
Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və  gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə  nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək.(Gununsesi.info)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın