Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Şəbnəmin qəza xəbəri ilə bağlı – İLGİNC MƏLUMATLAR

Şəbnəmin qəza xəbəri ilə bağlı – İLGİNC MƏLUMATLAR

Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb.
Azinforum.az-ın Azxeber.com-a istinadən məlumatına görə, buna səbəb müğənninin konsertə biletlərinin satılmaması olub.
Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni vəziyyətdən çıxış yolu axtarıb.
Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov bildirib ki,  müğənni ilk olaraq rayon rəhbərliyinə səhhətinin yaxşı olmadığını deyib.
Maraqlıdır ki, bundan sonra Şəbnəm Tovuzlu qəzaya düşməsi barədə məlumatlar yayılıb.
“Xəbərlərdə konsertin məhz bu səbəbdən təxirə salındığı da qeyd olunub. Əslində isə Tovuzlu buna görə deyil, konsertə maraq olmadığına görə konserti təxirə salıb”, – məlumatda deyilir.
Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını iki gün öncə səhifəsindən silib.
Avtosfer.az bu gün hadisəni araşdırmaq üşün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.
İdarədən bildirdilər ki, bu hadisə barədə heç bir dəqiq məlumat yoxdur. Ümumiyyətlə, son 3 gündə Azərbaycanda “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb:
“Hadisənin dəqiq yeri bilinmir. Maşınların nömrəsi yazılmır, yaralıların hansı xəstəxanaya aparılması barədə məlumat yoxdur. Yol qəzası ilə spekulyasiya edib ucuz şou yaratmaq olmaz”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın