Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / Şəbnəm Tovuzlunun Famili danışdı: “MTN-də bizdən 150 min aldılar”

Şəbnəm Tovuzlunun Famili danışdı: “MTN-də bizdən 150 min aldılar”

Adı MTN-lə əlaqəli qalmaqala qarışan “Evrostroy-S” şirkətinin sahiblərindən biri Famil Xəlilov mətbuata müsahibə verib. F.Xəlilov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovla əlaqələri haqda xəbərlərə, ölkədən qaçması haqda dolaşan şayiələrə də aydınlıq gətirib. F.Xəlilov deyib ki, barəsində mətbuatda xəbərlərin yayılmasında keçmiş şərikləri Rafael Qarayevdən və onun qardaşı Mahir Qarayevdən şübhələnir:
– Mənim düşmənlərim Rafael Qarayevlə qardaşı Mahir Qarayevdir. Barəmdə yazılanlar onların marağındadır.
 
– Bu məsələdə sizin adınızın hallanmasına əsas verən məlumatlar var. Həmin məlumatlara görə, sizin ölkədən gedişinizin MTN generalı Akif Çovdarovun həbsindən sonra baş verməsi təsadüfi deyil?
– Elə kişinin oğlu deyiləm ki, qaçım. Mən elə çörək yeməmişəm, aradan çıxam. Mənim Azərbaycanda da, xaricdə də biznesim var. Barəmdə yazılanları Rafael və qardaşı Mahir təşkil edir. Bunları yazın, çox xahiş edirəm.
– Xanım müğənninin MTN-ə apartdırılması haqda sizin şərikiniz Seymur İsayevin adı çəkilirdi. Bu haqda nə deyə bilərsiniz?
– Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın.
– MTN generalı Akif Çovdarovla sizin əlaqələriniz haqda da məlumatlar var, deyilir ki…
– Ay qardaş, mən Akif Çovdarovun heç sifətini tanımıram. Bunu da Rafaellə Mahir ortaya atır.
– Akif Çovdarovun köməkçisi Təhmasib adlı şəxsi necə, tanıyırsınızmı? 
– Mən belə adam tanımıram.
– Rafaellə Mahir Qarayevlər sizinlə niyə düşmənçilik edir? Səbəb nədir? 
– Bizlə vaxtilə şərik olublar. İndi də ayrılmışıq. Adamlar bizdən əl çəkmirlər. O gün gedib bizim ofisdə şərikimiz Bəxtiyar müəllimi döyüblər. Başqa bir işçini vurub, döyüblər. Harınlayıblar. Bilmirəm ölkə rəhbərliyi hara baxır.
 
– Hüquq-mühafizə orqanlarına müraciət etmisiniz?
– Eləmişik. Hər yerə eləmişik. Hələ ki tədbir görməyiblər.
 
– Demək istəyirsiniz ki, Qarayevləri kimsə himayə edir? 
– Onları himayə edənlər var.
– Kimlərdir?
– Özləri yaxşı bilirlər onları himayə edən kimlərdir. Arxalarında dayananlar var. Mən Rusiyada 15 yaşından işləyən adam olmuşam. Rusiyadan pul çəkib gətirib vətənimə qoymuşam. Bu gün də orada işim-gücüm var.
– Nə iş görürsüz? 
– Bakıda tikinti ilə məşğulam, Şəmkirdə pomidor-xiyar “parnik”lərim var. Həmin istixanalarda 100 nəfər işçi çalışır. Mən heç hara qaçmamışam. Mənim düşmənlərim Rafael və Mahir Nüsrət oğlu Qarayevlərdir.
– Belə məlumatlar var ki, “Evrostroy-S” şirkətində podratçılara görülən işlərə görə pullarını vermirsiz. Bu nə ilə əlaqədardır?
– Bizim şirkətin vəkilləri var, bu haqda onlardan soruşun. Təki Azərbaycanda bizim şirkət kimi şirkət olsun, camaatı dolandırsın.
– Sizə yaxın şəxs mətbuata açıqlamasında deyib ki, Akif Çovdarovla dostluğunuz olub.
– Yalan söhbətdir. Mən Akif Çovdarovu tanımıram.
– Sizi MTN-ə çağırıblarmı, aparıblarmı? 
– Məni MTN-ə Rafael Qarayev apartdırıb.
– Niyə apartdırıb?
– Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar.
– 150 mini niyə aldılar? 
– Məni ora Rafael Qarayev apartdırıb.
– MTN-də sizi kim dindirdi? Akif Çovdarovun yanında oldunzmu? Pulu sizdən kim aldı? 
– Bilmirəm. Mən pul vermədim. Pulu Rafael Qarayev verdi.
– MTN rəhbərliyi dəyişdiriləndən və generallar həbs ediləndən sonra istintaqa şikayət etdiniz? 
– Yox, şikayət etmədim. Pulu mən verməmişdim, Rafael vermişdi. 150 mini ondan almışdılar.
– Şikayət etmədiniz?
– Yox, məndən pul çıxmamışdı deyə şikayət də etməmişdim. Rafael həmin hadisəyə görə mənimlə düşnüşüb. O vaxtdan iki qardaş düşüblər ortalığa. Bizimlə düşmənçilik edirlər.
– Rafael Qarayevin MTN-ə aparılmasında şərikiniz Seymur İsayevin adı hallanır. Bu məlumat doğrudur? 
– Mən Seymurla şərikəm, biz heç kimi MTN-ə apartdırmamışıq. Rafael bu gün acından ölür deyə hər kəsə şər atır. Pul qazanır.
 
– Sizi MTN-də nə qədər saxladılar?
– Mən orada 3 saat olmuşam. MTN-də kameralar var, gedib çıxarıb baxsınlar. Rafael Qarayev gedib şikayət eləsin. Mənimlə düşmənçilik edən də odur. (musavat.com)

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın