Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Rza Zərrabın ilginc WhatsApp yazışmaları üzə çıxdı

Rza Zərrabın ilginc WhatsApp yazışmaları üzə çıxdı

Bu yazışma onun girov qarşılığında azadlığa çıxmasını əngəlləyə bilər

Amerikada həbsdə olan İran əsilli iş adamı Rza Zərrabın ingilis və fars dilində bilməsi ilə bağlı ortaya yeni faktlar çıxıb. Prokuror Prit Bharara artıq WhatsApp yazışmalarını məhkəməyə təqim edib. O, məhz bu mesajları əsas gətirərək, hakimdən Zərrabın vəkilinin girov qarşılığında azad edilmə tələbini rədd etməsini istəyib. 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrabın girov qarşılığında azadlığa çıxma tələbinə məhkəmə bu günlərdə baxacaq. Amma P.Bharara məhkəməyə təqdim etdiyi yeni sənədlərlə bu məsələnin həllini çətinləşdirib. Nyu-York cənub bölgəsi federal məhkəməsindəki ilk prosesdə prokuror Zərrabla bağlı əllərində yüz minlərlə səhifəlik sənədlər olduğunu və bu sənədlər üzərində araşdırma aparmaq üçün vaxt verilməsini istəmişdi. Son olaraq Bhararanın ofisindən məhkəməyə 222 səhifəlik sənədlər daxil olub. Baş prokurorluq isə girov qarşılığında Zərrabın azad edilməsini tələb edən vəkili Benjamin Brafmanın iddialarını yalanlayıb. Belə ki, Brafman “müvəkkilim həbs olunduğu zaman ilk sorğu-sual mərhələsində ingilis dilini yaxşı bilmədiyi üçün sualları düzgün cavablandıra bilmədi. FBI ona tərcüməçi tutmadı, vəkil tutma haqqı olduğunu bildirmədi” demişdi.
Amma prokuror Zərrabın “farsca oxuya bilmir” iddiasına qarşı onun ingilis dilini mükəmməl bildiyini və fars dilində də oxuya bildiyini təsdiqləyən sənədləri məhkəməyə təqdim edib. Sənədlər əsasən Zərrabın 2015-ci ilin 1 noyabrından 19 mart 2016-cı ilə qədərki, 146 səhifədən ibarət WhatsApp-dakı ingilis dillində yazışmaları olub.
Türk mediasını bu yazışmalarda daha çox maraqlandıran isə tanınmış aparıcı və media patronu sayılan Acun İlicalı ilə yazışmaları olub. Belə ki, Zərrabla Acun Dubayda ailəvi tətil planlaşdırmışdılar. Bundan başqa, tətilin Mayamidə keçəcək hissəsində isə uşaqlarına baxacaq ingilisdilli dayə axtarışları da yazışmaların əsas mövzusu idi. Zərrabın  ‘RZ’ kodu ilə istifadə etdiyi ‘WhatsApp’ hesabında ‘Adem Turkey’ kod adlı biri ilə ingilis dilindəki yazışmaları da diqqət çəkir.
Həmin yazışmalarda Zərrab olduqca savadlı şəkildə özəl gəmisinin baxımı, yeni alacağı başqa bir gəminin hansı limana bağlı olaraq, hansı bayrağı daşıyacağı ilə bağlı müzakirələr aparıb. Prokuror isə ingilis dilini yüksək səviyyədə bilən Zərrabla bağlı vəkilinin dediklərini rədd edərək, onun girov qarşılığında azadlığa çıxmasının doğru olmadığını iddia edib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın