Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Ruslan Pənahov: Ali Baş Komandana təşəkkürümü bildirirəm

Ruslan Pənahov: Ali Baş Komandana təşəkkürümü bildirirəm

“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.

Bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:

“Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək”, – R.Pənahov vurğulayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …