Cümə , Avqust 12 2022
Ana səhifə / Gündəm / “Roma Papasının yerinə ən real namizəd Şeyxi görürəm“

“Roma Papasının yerinə ən real namizəd Şeyxi görürəm“

Tanınmış hərbi ekspert Ədalət Verdiyev son facebook paylaşımı ilə dəqqəti üzərinə çəkib.

Azinforum.az xəbər verir ki, kaloritli statusları, gündəmə damğa vuran paylaşımları ilə məşhur olan keçmiş hərbçi bu dəfə Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bostanına daş atıb.

Ə.Verdiyev sonuncu facebook statusunda yazıb:

“Roma Papası yeriyə bilmir, istefa verə bilər. Onun yerinə Şeyx həzrətlərini real namizəd olaraq görürəm. Şeyx Papa seçilərsə, mən də şeyxin yerinə seçilməyə çalışacam. Nəzir qutularından gələn bütün gəliri isə veteran və yaralanıb əlil olmayan veteranlar üçün iş yerlərinin açılmasına yönəldəcəyimə söz verirəm. 

Razılaşdıq, ya Şeyx? Bu yaralananlara hərdən salam vermək, onlarla maraqlanmaq Sizin də borcunuzdur. Dinimiz də belə tələb edir. Səhvim varsa ya Şeyx, deyin mütləq düzəldim”. 

Həmçinin oxuyun

Andranikə qarşı vuruşan Balo bəy Vəkilov

1918-ci il Azərbaycan xalqının ən ziddiyətli tarixi dönəmlərindən hesab etmək olar. Mart soyqırımları fonunda Azərbaycan …