Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Gündəm / Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət – VİDEO

Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət – VİDEO

Xaqani bağında yerləşən “The green” restoranının sahibi həmin ərazidə öz itlərini saxlayır.

365.az xəbər verir ki, məlumat redaksiyamıza Şəfiqə Fərzəlibəyli tərəfindən daxil olub. Xanımın dediyinə görə, səhər saatlarında işə gələrkən itlərin hürüşməsini eşidib və itlərin “The Garden” restoranının arxasında qəfəsdə saxlanıldığını görüb.

Daha sonra ərazidəki sakinlərlə danışan xanım, heyvanların Xaqani bağındaki “The green” restoranının sahibinə aid olduğunu, itlərin dünən gecədən orada qəfəsə salındığını öyrənib.

Ərazidə yaşayan bəzi vətəndaşlar itlərin səsindən narahat olduqlarını, həmin parkda uşaqların oynadığı üçün onların həyatına təhlükə olacağını bildiriblər.

Şikayətçi xanımın restoran ətrafında gəzdiyini görən restoranın aşpazı xanıma yaxınlaşaraq nə lazım olduğunu soruşub. Məsəlini biləndən sonra itlərin restoranın sahibi olan Fuad adlı şəxsə məxsus olduğunu və hal hazırda işdə olmadığını deyib.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …