Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Gündəm / Respublika Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub

Respublika Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub

Daha dəqiq desək, virtualaz.org-a məlum olunb ki, Boks Federasiyasının loqotipində yerləşdirilən xəritədə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi olaraq göstərilməyib.

Bunun səbəbi məlum deyil. Məlum olan budur ki, federasiyanın həmin loqotipi Azərbaycan idmançılarının, o cümlədən ölkəmizi xaricdə təmsil edən boksçuların geyimində yerləşdirilib.

Onu da qeyd edək ki, Azərbaycanın xəritəsində bir sıra rayonların məqsədyönlü şəkildə təhrif olunmasını ölkənin ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirmək olar.

————

“Azərbaycan Boks Federasiyası bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yer alıb. Federasiyanın, eləcə də Beynəlxalq Boks Federasiyasının, rəsmi saytına baxmaqla bunun şahidi olmaq mümkündür”.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının (ABF) açıqlamasında bildirilir.

Federasiya qeyd edib ki, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanın məhz respublikamızın tərkib hissəsi kimi göstərildiyi loqo əks olunub: “Fotosu verilmiş geyimin isə ABF-yə heç bir aidiyyəti yoxdur. Bu, çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiya ilə bağlılığı olmayan idman geyimidir”.

Federasiya xatırladıb ki, ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində məhz vahid loqo əksini tapıb.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın