Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Gündəm / Rektor işçilərini sevindirdi – Hamıya maaşları həcmində pul mükafatları verilib

Rektor işçilərini sevindirdi – Hamıya maaşları həcmində pul mükafatları verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib.

Bu barədə Modern.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …