Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Gündəm / Radikalların lideri Əlixan Musayevin gizli səs yazısı yayıldı – AUDİO

Radikalların lideri Əlixan Musayevin gizli səs yazısı yayıldı – AUDİO

Azərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin gizli səs yazısı yayılıb. Səs Azərbaycanın rayonlarının birində yazılıb.

Həmin səs yazısı avrasiya.net-ə göndərilib. Xəbərdə iddia olunur ki, Əlixan Musayev rayonları gəzərək, dindarları Suriyada cihada qatılmağa dəvət edir. Onun sayəsində 500 dən çox azərbaycanlının Suriyada “İŞİD” tərkibində döyüşlərə qatıldığı qeyd olunur.

Xatırladaq ki, yerli mediada yazılanlara görə, Musayev Əlixan Zakir oğlu bir müddət “Əbu bəkr” məscidinin axundu Qamət Süleymanovun müavini olub və vəhabiliyin radikal fikirlərini təbliğ etdiyinə görə məsciddən qovulub. Daha sonra Türkiyə “Hizbullah”ı ilə əlaqədə ittiham olunan Əlixan Musayev hazırda Azərbaycanda olan radikal cihadçı qrupların ideoloji lideri sayılır. Suriyada döyüşən azərbaycanlı vəhabilərin də onun xeyir-duasını aldıqları iddia olunur.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın