Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Gündəm / Rəsul Quliyevin sadiq silahdaşlarından biri vəfat edib

Rəsul Quliyevin sadiq silahdaşlarından biri vəfat edib

Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, keçmiş siyasi məhbus Natiq Əfəndiyev vəfat edib.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə eks-spiker Rəsul Quliyev məlumat verib.

“Azərbaycanın azadlığı uğrunda mübarizənin həmişə ön cərgəsində olan əziz dostum Natiq Əfəndiyev dünən qəfildən yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Bu ağır kədəri onun ailə üzvləri, yaxınları, dostları və silahdaşları ilə bölüşürəm. Biz onu heç vaxt unutmaycağıq!” – R.Quliyev bugünkü “Facebook” postunda yazıb.

N.Əfəndiyev Rəsul Quliyevin sadiq tərəfdarlarından biri idi. 1996-cı ildə R.Quliyevə görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verən N.Əfəndiyev Türkiyəyə mühacirət etmiş, 2000-ci ilin yanvar ayında burda həbs olunaraq Azərbaycana ekstradisiya olunmuşdu.

Məhkəmə onu ömürlük həbsə məhkum etsə də, 2005-ci ildə mart ayında əfv fərmanı ilə həbsdən azad olunmuşdu. Lakin N.Əfəndiyev bir qədər sonra yenidən həbsə atılmışdı. 2010-cu ildə həbsdən çıxdıqdan sonra siyasətdən uzaqlaşan N.Əfəndiyevin ABŞ-da ailəsinin yanında yaşadığı bildirilirdi.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

“Fly Erbil Airways” və “Fly Armenia Airways”…PKK-nı Dağlıq Qarabağa Mehridən onlar daşıdı…

Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb?Azərbaycan ermənilər tərəfindən …