Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Gündəm / Rəşadət Axundov Budapeştə köçdü – səbəbi

Rəşadət Axundov Budapeştə köçdü – səbəbi

NİDA hərəkatının üzvü “xaricdə olduğum müddətdə heç vaxt insanları mübarizəyə, mitinqə səsləmək statusları yazmayacam”, deyir 
Dünən NİDA Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus Rəşadət Axundov ölkəni tərk edib. Macarıstanın Budapeşt şəhərinə gedən R.Axundov bu qərarının səbəbi və planları barədə musavat.com saytının əməkdaşı ilə söhbətində danışıb.
Müsahibimiz bildirib ki, ölkəni tərk etməsi təhsillə əlaqədardır: “Keçmiş universitetim  – Mərkəzi Avropa universiteti həm karyeramdakı 3 illik kəsintini aradan qaldırmaq, həm də bu 3 ildə olan öz sahəm üzrə yeni bilik və bacarıqları təkmilləşdirməyə kömək üçün mənə 1 illik maliyyə ixtisası üzrə magistr proqramı təklif etdi və mən də qəbul etdim. Hesab edirəm ki, oxumaq və öz ixtisasım üzrə təkmilləşmək hər zaman vacibdir. Ona görə bura gəlməyə qərar verdim. Ancaq proqramın strukturu elədir ki, bir müddət sonra işləmək şansım da ola bilər. Bu varianta da baxacam. Budapeşt möhtəşəm şəhərdir. Universitetin təklifini dərhal qəbul etməyimin və başqa variantlara baxmamağımın əsas səbəblərindən biri həm də bu amillə bağlıdır. Bu şəhərdə əvvəl də təhsil aldığım üçün mənə çox doğmadır”.
Müsahibimiz ölkədə olmadığı müddətdə siyasi fəaliyyətini necə davam etdirəcəyinə də aydınlıq gətirdi. Dedi ki, NİDA-nın üzvü olaraq qalmaqda davam edir: “Təbii ki bu şəkildə uzaqdan fəaliyyət çox çətindir. Ancaq uşaqlarla daimi məsləhətləşmələrimiz olacaq. Sadəcə, bunu qeyd etmək istəyirəm ki, xaricdə olduğum müddətdə insanları mübarizəyə, mitinqə səsləmək, Bakıdakılara necə etmək lazım olduğu haqqında yol göstərmək statusları filan heç vaxt yazmayacam. Belə edənləri qınamıram. Sadəcə mən etməyəcəm. Nə vaxt gəlib aeroportdan ölkəyə girəcəm, yenidən rahat şəkildə bunları etmək olar”.

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın