Şənbə , İyul 20 2019
Ana səhifə / Gündəm / Qudrət Şükürov köhnə liftləri necə “təzə” edirmiş – ŞOK FAKTLAR

Qudrət Şükürov köhnə liftləri necə “təzə” edirmiş – ŞOK FAKTLAR

Qızına 400 minlik toy etməklə adı mətbuatın gündəmindən düşməyən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbəri Qüdrət Şükürov barədə redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub.

İlk öncə onu deyək ki, Qüdrət Şükürov barəsində araşdırmaların aparılıb-aparılmağıdı barədə heç bir rəsmi məlumat verilmir. Görünür, heç bir araşdırma falan aparılmayıb. Nədənsə mətbuatda işıqlandırılan faktlar aidiyyatı qurumların diqqət və marağını cəlb etməyib.

Bütün bunların fonunda “Bizimxeber.az”-ın elektron ünvanına daxil olan məlumatlar daha maraqlı olduğu üçün işıqlandırırıq. Daxil oan məlumata görə, Qüdrət Şükürova məxsus lift şirkəti əsasən Yunanıstan istehsalı olan liftlərin ölkəyə gətirilməsi işini həyata keçirir. Yunanıstandakı lift istehsalçıları ilə konkret razılıq əsasında çalışan Q.Şükürov bu sahəni illərdir monopoliyada saxlayır.

Məlumatda qeyd olunur ki, Qüdrət Şükürov bu işi qardaşı Mətləb Şükürova həvalə edib. Oradan alınan ucuz liftlər Bakıda dövlət idarələrinə iki dəfə baha satılır. Təbii ki, bu təmir işini həyata keçirən şirkətin rəhbəri ilə razılaşma əsasında həyata keçirilir.

Daha bir maraqlı fakt isə köhnə liftlərin rənglənərək təzə adı altında satılmasıdır. Belə bir hal bir müddət əvvəl baş verib. Amma bu işin üstü qısa müddətdən sonra açılıb. Belə ki, Bakının Günəşli qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yarmçıq tikilidə quraşdırılan köhnə lift çıxarılaraq idarənin təmir bürosuna aparılıb. Rənglənib, motor və müəyyən hissəsi dəyişdirilərək 160 min manata rəsmiləşdirilərək müqavilə əsasında Lerik rayon Mərkəzi Xəstəxanasına aparılıb və quraşdırılıb.

Bir neçə gündən sonra xəstəxanada təmir-tikinti işlərinə nəzarət edən məmurlardan biri liftə baxış keçirərkən Şükürovun bu əmləni bilib. Dərhal göstəriş verilib ki, lift dəyişdirilisin.

Daha sonra həmin köhnə liftin yerinə GİLAN istehsalı, qiyməti 60 min manatlıq təzə lift Lerik Mərkəzi xəstəxanasında quraşdırılıb.

Q.Şükürovun bu əməlləri barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rəfail Mehralıyev təbii ki, məlumatlı olub. Şükürov oz rəisi Mehralıyevi də diqqətdən kənarda saxlamayıb. Bu işdə olduqca diqqətli olan Q.Şükürov bu işi müxtəlif formalarda həyata keçirib.

Redaksiyanın elektron ünvanına Şükürov barədə daha bir neçə ilginc məlumat daxil olub. İllər əvvəl avtomobilindən oğurlanan külli miqdarda pul, pulun müəyyən hissəsinin kimlərin dəstəyi ilə geri qaytarılması və sairə kimi maraqlı məlumatlar var.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın