Şənbə , Dekabr 5 2020
Ana səhifə / Gündəm / Qubanın icra başçısı dəyişib

Qubanın icra başçısı dəyişib

Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Azərtac”ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bunadək Ziyəddin Əliyev “Azəravtoyol” ASC-də çalışıb.

Prezidentin cari ilin fevralın 20-də imzaladığı sərəncama əsasən ona “Əməkdar mühəndis” fəxri adı verilib.

Həmçinin oxuyun

Vətən Müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı …