Şənbə , Avqust 24 2019
Ana səhifə / Gündəm / Qorxunc statistika – Qadınlara qarşı 4552 cinayət törədilib

Qorxunc statistika – Qadınlara qarşı 4552 cinayət törədilib

Bu ilin doqquz ayında respublikada qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb.
Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adigözəl Adıgözəlov bu gün “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi”nin açılış mərasimində deyib.
A.Adıgözəlov deyib ki, bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.
Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verir.
Şöbə müdiri əlavə edib ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb: “Qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı DİN-ə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək ətraflarında aidiyyəti qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir”.
A.Adıgözəlov deyib ki, hazırda daxili işlər orqanlarında 2 860 qadın xidmət edir. Onlardan 1347-si xüsusi rütbəsi olanlar, 1513-ü mülki işçilərdir.

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın