Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Qohum evliliklərinin səbəb olduğu qorxunc xəstəliklər – FOTOLAR

Qohum evliliklərinin səbəb olduğu qorxunc xəstəliklər – FOTOLAR

Hələ uzun zaman əvvəl mövcud olmuş və günümüzdə belə hələ də var olan bəzi qorxunc xəstəliklərin qohumm nikahları üzündən baş verdiyini bilirdinizmi?
Tarixə nəzər saldıqda hər dövrdə yaxın qohum evliklərinin mövcud olduğunu aydın görmək mümükündür.  Lap əvvəllər yaxın qohum evlilikləri heç də xoş qarşılanmayıb. Ancaq iş kübar ailələrə və o ailələrin kübar qanları mövzusuna çatanda, vəziyyət birdən dəyişib. Yüksək mövqedən olan insanlar öz nəsillərindən olan insanlarla evlənərək qanlarını təmiz saxlamağa çalışırdılar. Xüsusən Misir hökmdarları hətta öz bacıları və öz uşaqları ilə belə evlənirdilər. Cəmiyyət inkişaf etdikcə bu anlayışlar aradan qalxsa da qohum evlilikləri tamlılqla yox olmadı. Nəticədə də müxtəlif cür genetik xəstəliklər meydana gəldi.
Moderator.az təqdim etdiyi bu yazıda qohum evlilikləri səbəbindən meydana çıxmış 10 qorxunc xəstəlik barəsində məlumat təqdim edəcək:
1. Habsburg çənəsi 
 
“Prognathism” olaraq da adlandırılan bu genetik vəziyyət əsl kübarlara bağlı olaraq baş verib. Habsburg ailəsi 1400-cü illərin ortalarında hakimiyyətə gəlib, 1700-cü illərin ortalarına qədər hakimiyyətdə qalıb. Habsburglar ailə maraqlarını qorumaq üçün yaxın qohumları ilə izdivaclar qurmağa qərar verirlər. Təəssüf ki, genetik olaraq bunun bədəlini ödəyirlər. Dünyaya gətirdikləri uşaqları disfunksional sifətlərə sahib olmağa başlayır. Bunun ən pis nümunəsi isə İspaniyada düzgün danışa bilməyən, ətrafa tüpürcəklər saçan II Çarlz olub. II çarlz 4 yaşında danışmağı, 8 yaşında yeriməyi zorla öyrənmişdi.
2. Uzunsov kəllələr:
 
Bir çox antik Misir büstünə baxsanız, başlarının bir az uzun göründüyünü hiss edərsiniz. Xüsusilə də başlarının arxa hissələri bir qədər görünən şəkildə uzundur. Bu sadəcə büstləri hazırlayan sənətkarın bir üslub seçimi deyil, bir çox Misirlinin kəllə sümükləri əslində belə formalaşdı. Bunun böyük bir qismi Misir kraliyyətinin ənənələri arasında olan yaxın qohum ilə evlənməklə bağlıdır. Misirdə qardaşlar bacılarla, analar oğulları ilə və əmioğlular adətən əmiqızları ilə evlənmişdi. Nəticədə, kəllə sümüklərinin tez-tez deformasiya olunması baş verdi. Misir Kralı Tut kəllə sümüyünün deformasiyası ilə yanaşı yarıq damaq, ayaqlarda sümük çatışmazlığı və skolyoz xəstəliklərin daşıyıcısı olub.
3. Dırnaq çatışmazlığı:
 
 
 
Qohum evlilikləri səbəbindən hazırda da rast gəlinən xəstəliklərdən biri də dırnaq çatışmazlığıdır. İlk dəfə Kinqston ailəsində bu halın baş verdiyi, yəni dırnaqları olmayan uşaqların doğulduğu bilinir. Doğulan uşaqların barmaqlarının hamısında dırnaq çatışmazlığına rast gəlinib. Ancaq mütəxəssislər bu nöqsanın yalnız sözügedən ailədən qaynaqlandığını  demirlər. Bildirirlər ki, dırnaq çatışmazlığı müxtəlif səbəblərdən ortaya çıxan bir xəstəlikdir.
4. Hemofiliya:
 
1850-ci illərdə İngilis Kraliçası Viktoriya və Şahzadə Albertin qan laxtalanması problemi yaşayan bir uşağı vardı. Qardaşlarının bir çoxu ailəylə bilvasitə qan qohumu olan şəxslərlə evlənmişdi və ailədə qanla bağlı problemlər artmağa başlamışdı. Bunun səbəbi resesif keçidli bir genetik pozuntu olan hemofiliya xəstəliyi idi. Hemofiliya Rus kral ailəsi olan Romanovu da narahat edib. Hemofiliyada qan düzgün şəkildə laxtalanmır,  hər hansı bir yaralanma olanda qanaxmanın qarşısını almaq mümkün olmur. Belə xəstələrin yaraları müəyyən formada sağalsa da, infeksiyalar nəticəsində ölümə qədər aparır.
5. Mikrosefal:
 
Pakistanlı müsəlmanlar arasında yaxın qohumlarla evlilik hələ də baş verir.  Son illərdə aparılmış bir araşdırmaya görə, Pakistanlıların təxminən  63 faizi yaxın qan qohumları ilə evlənirlər. Bu vəziyyət  doğulan uşaqların həddindən artıq kiçik bir başla dünyaya gəlməsinə səbəb olur. Belə uşaqlarda adətən beyin tam inkişaf etmir, zəka geriliyi baş verir. Pakistanda  10 min insandan biri bu şəkildə doğulur.
6. Yarıq damaq:
 
Yaxın qohumu ilə evlilikdən doğulan Misir Kralı Tut haqqında yuxarıda məlumat vermişdik. Yarıq damaq sonsuz sayda tibbi problemə səbəb olan xəstəliklərdən biridir. Bu xəstəlik damağın düzgün şəkildə formalaşmadığına görə  ortaya çıxır.  Bu vəziyyət yemə, udma, nəfəs alma və hətta danışmağı belə olduqca çətinləşdirir. Keniya və Hindistandakı mütəxəssislər də bu vəziyyəti yaxın qohum evlilikləri ilə əlaqələndirir və dölün ana bətnində olarkən bu vəziyyətin baş verdiyini dəqiqləşdiriblər.
7. Yumru ayaq:
 
Bu da Misir Kralı Tutda rast gəlinən başqa bir xəstəlikdir. Belə ayaqlarda adətən ayaq sümükləri düzgün formalaşmır, ayaqlar içəriyə doğru qıvrılmış olur. Bu hal uşaq doğulduğu zaman belə aydınca fərq edilir və olduqca geniş yayılmış bir xəstəlikdir. Mötərizə işarəsinə bənzəyən bu cür ayaqları müalicə etmək mümkün olsa da bəzən cərrahi müdaxilələr də lazım olur.
8. Albinizm:
 
Albinizm orqanizmin saça, dəriyə, dodaqlara və digər bədən hissələrinə rəng verən maddə olan melandan məhrum olduğu bir xəstəlikdir. Albinos insanlar tünd rəng dərili bir gendən gəlsələr belə açıq rəngli gözə, solqun ağ dəriyə, ağ saça sahib olurlar.
9. Cücə boyluq:
 
Cücə boyluq yalnız qohum evliliyindən sonra rast gəlinən bir vəziyyət deyil, eyni zamanda nəsillər boyu genetiklərin daşıdığı bir vəziyyətdir. 1700 ci illerde Pensilvaniyada  yaxın qohuml münasibetlerinin sıx olaraq yaşandığı Lanchaster adlı yaşayış məskəni mövcud olub. Bu xəstəliyin ortaya çıxması elmi cəhətdən Lancasterlilərin genlərindəki müxtəliflik çatışmazlıqlıqla əsaslandırılır.
10. Asimmetriya:
 
Bu xəstəlik üzün asimmetriyasını ehtiva edən doğum qüsurlarıdır. İnsan anadan olanda qulaqları, gözləri, burnu və ağzı daxil olmaq üzrə hər bir orqanı bir-birindən fərqli yerdədir. Əsrlər boyu gələn genetik qüsur nəticəsində bu gün də tamamilə simmetrik sifətə malik olan şəxslərə nadir halda rast gəlinir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın