Ana səhifə / Gündəm / “Qoç Ət” restoranında fantastik qiymət: 1lt nar şirəsi 64 manata satılır… – BU NƏDİ BELƏ?

“Qoç Ət” restoranında fantastik qiymət: 1lt nar şirəsi 64 manata satılır… – BU NƏDİ BELƏ?

Gənc yazar Bilal Həsən “Qoç Ət” restoranındakı qiymətdən şikayət edib. AZİNFORUM.AZ Bakupost.az-a istinadla xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat paylaşıb.
B. Həsən bildirib ki, sözügedən restoranda 1 stəkan nar şirəsi 8 manata satılır.
Həmin paylaşımı təqdim edirik:
“Halallıq haqqında…
İki gün öncə “Qoç Ət” restoran şəbəkəsinin Nərimanov filialına getdik. Xudmani çörək yeyib, söhbət edib, dərdləşmək üçün. Ölkədə bu tip restoranlarda hər şeyin qiyməti beş aşağı-beş yuxarı eyni olduğu üçün həmişə sifariş etdiyimi söylədim. Əslində hesab normal idi, gözlədiyim kimi, bir tək nar şirəsindən başqa.
İki həftə Azərbaycanın səfalı yerlərini gəzdim.
Qəbələ, Quba, Şamaxı, Qalaaltı, üzü Qusar qədər “N”sayda restoranda oturdum və hər yerdə nar şirəsi 10-20 manatla kifayətlənirdi. Məlumat üçün deyim ki, Bakının ən bahalı “Keşlə” bazarında narın 3lt-i 12 manata satılır. Narın kilosu da 3-5 manatdır.
Amma sən demə “Qoç Ət” restoranında nar şirəsinin stəkanı 8 manatdır. Və bizə düz 8 stəkan gətiriblər. Hərçənd ki, biz, iki adam cəmi 4 stəkan içdik…
Nə isə… Ucundan tutub ucuzluğa getməyək.
Yəqin “Qoç Ət” restoranında narı xüsusi üsulla sıxırlar. Əsrlər öncə müqəddəs Qüdsdən gəlmiş kahinlərin incə əlli huri nəvələri, ya da Tibet dağlarından düşmüş şamanlar ya da Orta Asiyadan gəlmiş sirli brahmanlar sıxır bu narları. Gecələri yatmadan, gündüzləri görmədən, xüsusi dualar və ayinlər zamanı, məhz dolunay olanda, ya da Mars və Venera planetləri üz-üzə gələndə…
Bəlkə də bu narları mistik “Narniya”dan ya da qar kimi ağ rəngli, təkbuynuzlu dayçanın qoruduğu sirli cənnət ağacından dərib gətirirlər?!
Menyuda nar şirəsinin qiyməti yazılmayıb. Qrafin və stəkan şəkli verilib və 8 manat yazılıb. Standart, iki həftə hər yerdə oturub içdiyim içki olduğu üçün təfərrüata girmədən, mexaniki sifariş etdim. Ofisiant qiyməti bilirdi və söyləmədi!
P.S: Halallıq namaz qılmaq, qoyunu qibləyə tutub kəsmək deyil. Halallıq həm də ədalətli və dürüst olmaqdır. Hər şeyin öz qiyməti var. 1lt nar şirəsini (nar bizim ölkədə ekzotik meyvə deyil. Avakado, manqo deyil) 64 manata satmaq ədalətsizlik və absurddur.
P.S.S: Postu sırf ədalət naminə və məlumat üçün yazıram. Maddiyyat məsələsi deyil. Zatən elə olsaydı iki gün əvvəl yazardım!”.

Həmçinin oxuyun

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq?

İllərdir sahibkarlara süni maneələrlə narazılıq yaradan Bakı şəhər Baş Baş Gömrük İdarəsində rəhbər dəyişikliyi belə …